Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
7155
03.01.2021, 22:41
Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.
Eninəzolaqlı və ya sklet əzələ;
Ürək əzələsi (miokard)Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır.Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir.Yəni qurluşuna görə skelet əzələsinə iş prinsipinə görə saya əzələyə bənzəyir.Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir.
Qulaqcıqların əzələsiQulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin.Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar.qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə ötürməkdir.
Mədəciklərin əzələsiMədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; ;sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10-15 mm, sağ mədəciyin isə 3-5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətlidir.
Əzələ hüceyrəsiƏzələlərin qurluş və funksional vahidi miofibril adlanır.
Əzələ hüceyrəsi=əzələ lifi=miofibril
Əzələrin rəngi
Əzələ lifinin membranı=sarkolemma=əzələ qışası
Əzələrlər sarkoplazmadakı piqmentlərin nəticəsində 2 rəngdə olur .
Qırmızı-Miohematin piqmentinin çox olması hesabına -gec yığılır,gec yorulur, davamlı olur.
Ağ-Miohematin piqmentinin az olması hesabına ağ görünürlər
Əzələ qrupları
Başın-mimiki və çeynəmə əzələləri
Govdənin əzlələri-boyun ,döş,qarın və arxa əzlələri
Yuxarı ətrafın əzələləri-çiyin bazu,said,əl
Aşağı ətrafın əzələləri-çanaq,bud,baldır,ayaq
İnsanda 640 əzələ var .Yetkin şəxslərin bədən kütləsinin 35-40% əzələlər təşkil edir.İnsanın təkcə üzündə 60(40-60) artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur.
İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Gülümsəmək üçün 20,qaşqaldırmaq üçün 40,1adım atmaq üçün 54,1kəlmə söz danışmaq üçün 72 əzələ çalışır.
Ən güclü əzələlər dil əzələsi(çənə),
Ən böyük əzələlər isə Bud (qalça)(glutes) əzələləridir.
Ən kiçik əzələ quladadadır(stadeus).
Ən üzün əzələ budu bükən və xaricə doğru itələyən (saritorius)dur.
Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var
1..Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir.Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir.Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz.
2.İkinci qrupu isə hətta siz yatanda belə işləyir.Mədənizin əzələləri qidanı həzm edir,ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir.
Əzələlərin formaları
Uzun-hərəkət edən orqanlarda -ətraflarda çox olur.
Enli-gövdənin əzlələri-qarın əzələləri
Qısa-hərəkətaz tələb olan yerlərdə-fəqərələrdə
Dairəvi-təbii dəliklərin ətrafında-ağızətrafı,göz ətrafı
Əzələlərin işi və yorulmasıYığılma zamanı əzələlər müəyyən iş görür.Əzələlərin işi karbohidratların parçalanması nəticəsində ayrılan enerji hesabına baş verir.Uzun müddət fiziki işlə məşğul olduqda orqanizmin müvəqqəti olaraq iş qabliyyətinin aşağı düçməsinə və nəticədə fizioloji yorulmaya səbəb olur.Yorulma mərkəzi sinir sistemi ilə bağlıdır,İlk dəfə olaraq sinir sisteminin yorulma prosessinə təsirini İ,M.Seçenov öyrənib.
QeydMimiki əzələrin vətəri olur,dairəvi əzələlərin isə olmur.
Bazunun ikibaşlı əzləsi bükücü,3 baçlı əzləsi açıcıdır.
Budun 2başlı əzələsi bükücü,4başlı əzələsi açıcıdır.
Açıcı və büzücü əzlələr bir birinin əksinə (antoqonist) fəaliyyət göstərirlər
19:36 / 14 Noyabr 2026
72
19:15 / 14 Noyabr 2026
59
19:12 / 14 Noyabr 2026
71
19:05 / 14 Noyabr 2026
73
18:50 / 14 Noyabr 2026
70
18:43 / 14 Noyabr 2026
85
18:21 / 14 Noyabr 2026
604
18:09 / 14 Noyabr 2026
106
18:06 / 14 Noyabr 2026
447
18:03 / 14 Noyabr 2026
95
17:18 / 14 Noyabr 2026
173
17:15 / 14 Noyabr 2026
113
16:20 / 14 Noyabr 2026
123
16:05 / 14 Noyabr 2026
170
15:45 / 14 Noyabr 2026
127
15:27 / 14 Noyabr 2026
303
15:25 / 14 Noyabr 2026
145
15:07 / 14 Noyabr 2026
282
15:05 / 14 Noyabr 2026
146
14:44 / 14 Noyabr 2026
288
14:31 / 14 Noyabr 2026
133
14:24 / 14 Noyabr 2026
791
14:19 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.