Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
19 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1323
22.07.2025, 11:27
Oxu24.com maraqlı tarixi faktları təqdim edir:
Yəqin ki,çoxlarınız Mustafa Sübhi adını eşitmisiniz. Bəs,bu şəxs kimdir?Onu Bakı ilə nə bağlayır?
Türkiyə Kommunist Partiyasının qurucusu və ilk sədri olan Mustafa Sübhi 4 avqust 1882-ci ildə Giresunda doğulub. İstanbulda Hüquq məktəbini bitirib, Fransada Siyasi Elmlər ixtisası üzrə təhsil alıb.Əhməd Fərid (Tək) tərəfindən nəşr olunan və Milli Məşrutə Firqəsinin təbliğatı ilə məşğul olan “İfham” qəzetində yazı işləri müdiri olub.
O, 1914-cü ildə bir neçə nəfər dostu ilə birlikdə Rusiyaya qaçıb. 1917-ci ilin oktyabr çevrlişindən sonra Moskvaya gedib. Tatar-başqırd inqilabçıları ilə birlikdə “Yeni dünya” qəzetini nəşr ediblər.
M.Sübhi 1920-ci il oktyabrın 10-da Bakıda Türkiyə Kommunist Partiyasının (TKP) birinci Konqresində sosialistlərin birliyinə çalışıb.
TKP bu konqresdə işlərinin əsas hissəsini Anadoluda həyata keçirməyi qərara alıb. Sühbi 1920-ci dekabrın 28-də Bakıdan Qarsa gedib. Sonra Ankaraya gedərək, Mustafa Kamal Atatürklə görüşməyi planlaşdırıb.
Qarsdan Ərzuruma gedən yolda onları etirazçılar qarşıladığından Sübhini Ərzuruma buraxmırlar.
Mustafa Sübhi dostları ilə Trabzona getmək məcburiyyətində qalır.
O daha sonra qayıqla Qara dəniz vasitəsilə Batuma getməyi, oradan da Bakıda qayıtmağı planlaşdırsa da, alınmır.
Trabzon yaxınlığında hücuma məruz qalan Mustafa Sübhi 28 yanvar 1921-ci ildə dostları ilə birlikdə öldürülür və onların cəsədləri Qara dənizə atılır...
...Bakıda adına küçə var. Hətta bir neçə il əvvəl onun ateist olduğunu əsas gətirərək Qafqaz Müsəlmanları İdarəsi Bakının mərkəzindəki küçədən M.Sübhinin adının götürülməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət etmişdi...
Hazırladı: Namiq Həsənov
00:26 / 20 Oktyabr 2026
21
00:19 / 20 Oktyabr 2026
68
23:56 / 19 Oktyabr 2026
74
23:45 / 19 Oktyabr 2026
69
23:40 / 19 Oktyabr 2026
69
23:36 / 19 Oktyabr 2026
88
23:36 / 19 Oktyabr 2026
73
23:34 / 19 Oktyabr 2026
73
23:30 / 19 Oktyabr 2026
91
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
259
23:20 / 19 Oktyabr 2026
84
23:16 / 19 Oktyabr 2026
75
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
145
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
256
21:37 / 19 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.