Bakıda qəza:Qadın həyatını itirdi
19 Oktyabr 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
997
27.07.2025, 14:15
23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
Oxu24.com-un məlumatına görə, ötən gün axşam saatlarında Qax şəhər ərazisindəki şadlıq evlərinin birində keçirilən toy məclisində iştirak edən hazırda Zaqatala rayonu qaçqın şəhərciyində yaşayan Ağdam rayon sakini 2002-ci il təvəllüdlü Orxan Nizami oğlu Qarayev şadlıq evinin pilləkənindən yıxılaraq ağır kəllə-beyn xəsarəti alıb.
Hadisədən sonra 23 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq O.Qarayev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
O.Qarayevin ölümünə aydınlıq gətirilmək üçün meyit Məhkəmə Tibbi Ekpertiza və Potoloji Anataomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
23 yaşlı gəncin xəstəxanada ölməsi faktı ilə bağlı TƏBİB-dən cavab olaraq bildirilib ki, 26.07.2025-ci il tarixində saat 21:20 radələrində yıxılması səbəbilə 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş kəllə-beyin silkələnməsi, kəllə əsasının sınığı, burun-qulaq qanaxması diaqnozu təyin olunub.
Pasiyent dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib, lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27.07.2025-ci il tarixində saat 08:00 radələrində ölüm faktı qeydə alınıb.(apa)
11:55 / 19 Oktyabr 2026
4
11:49 / 19 Oktyabr 2026
36
11:40 / 19 Oktyabr 2026
49
11:26 / 19 Oktyabr 2026
282
11:20 / 19 Oktyabr 2026
68
11:20 / 19 Oktyabr 2026
59
11:15 / 19 Oktyabr 2026
56
11:06 / 19 Oktyabr 2026
300
11:05 / 19 Oktyabr 2026
58
11:00 / 19 Oktyabr 2026
57
10:50 / 19 Oktyabr 2026
63
10:40 / 19 Oktyabr 2026
66
10:31 / 19 Oktyabr 2026
275
10:30 / 19 Oktyabr 2026
82
10:19 / 19 Oktyabr 2026
93
10:11 / 19 Oktyabr 2026
164
10:04 / 19 Oktyabr 2026
105
10:02 / 19 Oktyabr 2026
89
09:55 / 19 Oktyabr 2026
64
09:53 / 19 Oktyabr 2026
68
09:25 / 19 Oktyabr 2026
1343
09:22 / 19 Oktyabr 2026
111
09:20 / 19 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.