“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”
21 Sentyabr 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2372
27.07.2025, 11:21
Şəfiqə xanım yaradıcı və iş adamı olduğundan Taleh anası ilə yanaşı bir çox yaxınları tərəfindən qayğıya alınır. Uşaqlıqda hamının sevimlisi olur. Sonradan onu psixi dispanserə qədər sürükləyən ruhi halı el uşaqlıqda zədələnməyə başlayır. Taleh Hacıyevin uşaqlığı ilə bağlı sənət adamlarının bildiyi və sənət adamlarının arasından kənara çıxmayan çox dəhşətli, tükürpədən söhbətlər də dolaşır. Şayələrdən biri uşaq yaşlarında Taleyə təcavüz olunması ilə bağlıdır. Onun uşaqlıqda başına gələn hadisələr , həm cismani, həm ruhani olaraq həyatında dərin iz buraxır. Lakin həmin danışılan söz-söhbətin bu gün sadalanması bir neçə aspektdən etik olmadığına görə məsələdən yan keçirik.
Şəfiqə xanım öz oğlunu “mənim taleyim” adlandırır. Hətta dillər əzbəri olan “Lay-lay” mahnısını oğluna həsr etdiyini bildirirdi.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və pianoçuluq fakültəsində təhsil alır. Taleh Hacıyev 18-20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlayır.
Taleh Hacıyevin yazdığı ilk mahnı əksər bəstəkarların bir ömür çata bilməyəcəyi bir zərvədə qərar tutur. Əksər dinləyicilərin sevib müəllifini bilmədiyi həmin qəmli mahnı Taleh Hacıyevə məxsusdur. Bəli, Taleh musiqi tarixinə elə bircə mahnısı ilə möhürünü vurub: “Belə qəmli dayanma...” İlk dəfə - 1976-cı ildə Flora Kərimova bu mahnını ifa edib. Daha sonra Flora Kərimova, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova ifa edib.
Dünyanın hansı ölkəsində, hansı qurşaqda yazşamasından asıllı olmayaraq həmin mahnını dinləyən bütün şəxslər, müəllifin keçirdiyi giziltidən xəbər tuta bilir.
Flora xanım müsahibələrindən birində deyir ki, Taleh çox tələbkar və musiqiyə əlahiddə həssaslıqla yanaşan bri imiş. Belə qəmli dayanma mahnısının ilk ifaçısı olan Flora xanım qeyd edir ki, mahnının yazılması prosesində Taleh Hacıyev olduqca tələbkarlıq nümayiş edib.
“Qarabağa dolan bulud”, “Bəxtəvərlik nəğməsi”, “Bu sevda”, “Sənsiz yaman darıxmışam”, “Həyat sən nə şirinsən” mahnıları dövrün ən məşhur müğənniləri tərəfindən oxunub.
Xüsusi mahnı yazmaq istedadı olmasına baxmayaraq sonralar Taleh Hacıyev daha çox pianoçu kimi tanınmağa başlayır. Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeyestri olur. Opera və Balet Teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnələşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət edir.
Xalq artisti Flora Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırır. Bu, o deməkdir ki, onun bir tək piano ifası böyük bir orkestri əvəz edirmiş.
Şəfiqə Axundova deyir ki, o uşaqlıqdan özü piano arxasına keçib. Ona heç kəs piano çalmaq öyrətməyib. Anası uşağa məəttəl qalırmış. Taleh sanki illərdir piano çalmağı öyrənibmiş kimi birbaşa, ürəkdn ifa edirmiş. Şəfiqə Axundova onun ifasına baxıb ağlayırmış. İşlədiyi bütün müğənnilər onun fövqəladə bir pianoçu, musiqi duyumu olan şəxs kimi xatırlayır, onun barmaqlarının pianonun dillərinin üstündə gəzişməsini, durna qanadının səmada hərəkəti ilə müqayisə edirlər.
Davamı TV11-in "Bu adam" verilişində
14:30 / 21 Sentyabr 2026
2
14:15 / 21 Sentyabr 2026
71
14:05 / 21 Sentyabr 2026
27
13:57 / 21 Sentyabr 2026
87
13:52 / 21 Sentyabr 2026
86
13:45 / 21 Sentyabr 2026
42
13:43 / 21 Sentyabr 2026
34
13:40 / 21 Sentyabr 2026
43
13:26 / 21 Sentyabr 2026
763
13:23 / 21 Sentyabr 2026
130
13:20 / 21 Sentyabr 2026
53
13:16 / 21 Sentyabr 2026
63
13:15 / 21 Sentyabr 2026
66
13:00 / 21 Sentyabr 2026
55
12:53 / 21 Sentyabr 2026
171
12:43 / 21 Sentyabr 2026
70
12:42 / 21 Sentyabr 2026
54
12:36 / 21 Sentyabr 2026
55
12:34 / 21 Sentyabr 2026
63
12:25 / 21 Sentyabr 2026
67
12:21 / 21 Sentyabr 2026
1214
12:20 / 21 Sentyabr 2026
65
12:17 / 21 Sentyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.