Müdafiə Nazirliyi AÇIQLAMA YAYDI
17 Oktyabr 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
812
27.07.2025, 23:14
Bakının ən çox yüklənən, həm də ən turistik nöqtələrindən biri olan metronun "İçərişəhər" stansiyasının ətrafında yaxın illərdə ciddi infrastruktur dəyişiklikləri gözlənilir.
Oxu24.com-un məlumatına görə, stansiyadan sonra dönmə qurğusu və onun üstündə yeraltı parklanma sahəsi salınacaq. Metrostansiyadan dərhal sonra yerləşəcək dönmə qurğusu, yəni qatarların istiqamət dəyişməsinə imkan verən sistem həm xəttin çevikliyini artıracaq, həm də təxirəsalınmaz hallarda qatarların mərkəzə qayıtmasını sürətləndirəcək.
Bu mühüm texniki infrastrukturun birbaşa üstündə isə yeraltı avtomobil dayanacağı olacaq. Tarixi mərkəzdə avtomobil saxlamaq çətinliyi, ən çox da turist axını olan vaxtlarda ciddi problemə çevrilirdi.
Ən vacib dəyişikliklərdən biri də metronun "28 May" stansiyasında nəzərdə tutulur. Artıq bu ərazi təkcə qovşaq yox, mərkəzi keçid platforması olacaq. Hazırda istifadəçilər bir stansiyadan digərinə keçid zamanı yolun böyük hissəsini yeraltı keçid vasitəsilə qət edirlər. Yeni layihəyə əsasən, xətlərarası birbaşa keçid tuneli salınacaq və fasiləsiz qatar inteqrasiyası təmin ediləcək.
Yeni proqram çərçivəsində 10 yeni stansiya, xüsusilə də "Yaşıl" və "Bənövşəyi" xətlərin uzadılması nəzərdə tutulur. Bu isə təkcə metro şəbəkəsinin genişlənməsi deyil, həm də şəhər daxilində balanslı sərnişin paylanması deməkdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
11:55 / 19 Oktyabr 2026
4
11:49 / 19 Oktyabr 2026
36
11:40 / 19 Oktyabr 2026
49
11:26 / 19 Oktyabr 2026
282
11:20 / 19 Oktyabr 2026
68
11:20 / 19 Oktyabr 2026
59
11:15 / 19 Oktyabr 2026
56
11:06 / 19 Oktyabr 2026
300
11:05 / 19 Oktyabr 2026
58
11:00 / 19 Oktyabr 2026
57
10:50 / 19 Oktyabr 2026
63
10:40 / 19 Oktyabr 2026
66
10:31 / 19 Oktyabr 2026
275
10:30 / 19 Oktyabr 2026
82
10:19 / 19 Oktyabr 2026
93
10:11 / 19 Oktyabr 2026
164
10:04 / 19 Oktyabr 2026
105
10:02 / 19 Oktyabr 2026
89
09:55 / 19 Oktyabr 2026
64
09:53 / 19 Oktyabr 2026
68
09:25 / 19 Oktyabr 2026
1343
09:22 / 19 Oktyabr 2026
111
09:20 / 19 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.