20 ildir sərnişin təyyarəsini meşədə evə çevirib-Foto
09 May 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1277
24.05.2020, 14:04
"Yeni layihədə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən payına düşən pensiya məbləğindən imtina etdikdə, onun bu vaxta qədər aldığı pensiyanın ödənişi dayandırılmaması və digər ailə üzvləri arasında bölüşdürülməsi də əksini tapıb". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov "Əmək pensiyaları haqqında" yeni qanun layihəsində nəzərdə tutulan dəyişikliklə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə imkan verib və bunun növbəti göstəricisi kimi, 2019-cu ildə Azərbaycanda minimum pensiya 72,4 faiz artırılaraq 200 manata çatdırılıb: "Əmək haqqı artımı xüsusi şərtlərlə təyin olunmuş pensiyalarda (hərbçilərin, dövlət qulluqçularının və b. pensiyalarında) 31% artımı da təmin edib. Beləliklə, ümumilikdə hər iki istiqamət üzrə ötən ilki həmin pensiya artımları 750 min nəfərdən çox pensiyaçını əhatə edib. 2020-ci ilin əvvəlindən pensiyaların ötən ilki orta əməkhaqqı artımı göstəricisinə uyğun 16,6 faiz artırılması təmin olunub. Bu artım 1 milyon 200 min nəfəri əhatə edib. Ümumən, 2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz, 2019-cu ilin müvafiq dövrünə nisbətən 27,8 faiz artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat, o cümlədən yaşa görə pensiya orta aylıq məbləği 330 manat təşkil edib. Digər tərəfdən, pensiyaların, eləcə də müavinət və təqadlərin, ünvanlı sosial yardımların ödənişlərinin hər ay vaxtından daha tez ödənilməsi təmin olunur. Buna misal olaraq, hazırki may ayında da ayın 6-15-də pensiyalar, son iki gündə müavinət və təqaüdlərin, sosial yardımlar artıq ödənildi. Yəni mayın 21-də artıq bu ay üzrə bütün sosial ödənişlər, yəni 2,3 milyondan çox vətəndaşı və ya əhalinin 23 faizini əhatə edən ödənişlər artıq həyata keçirilib".
Şönə müdiri vurğulayıb ki, eyni zamanda, pensiya qanunvericiliyində təkmilləşdirmələr aparılmaqla, bu sahədə humanist yanaşmaların tətbiqi ardıcıl xaralkter alıb: "Məsələn, 2019-cu ilin əvvəlindən pensiya yaşına çatan və fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilib, yəni dövlət tərəfindən avtomatik olaraq onlara 25 il sosial sığorta stajı hədiyyə edilib. 2020-ci ilin əvvəlindən qüvvəyə minən qanunla isə ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan iki sosial müavinət növündən (ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinət) daha yüksək məbləğdə olanını seçmək hüququ verildi. Halbuki əvvəllər bununla bağlı məhdudiyyət var idi, yəni həmin ailənin ailə başçısını itirməyə görə pensiya hüququ vardısa, bundan imtina edib ailə başçısını itirməyə görə müavinəti ala bilməzdi. Artıq bu məhdudiyyət artıq aradan qalxıb. Pensiya qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsində isə pensiyaçıların maraqları nəzərə alınmaqla, onların daha üstün məbləğdə sosial ödənişlər ala bilmələrinə şərait yaradılması üçün humanist mövqedən yanaşılıb. Layihədə pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçə bilməsinə imkan verilməsi də yer alıb".
Fazil Talıbov yeni qanun layihənin mahiyyətini də açıqlayıb: "Həmçinin yeni layihədə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğindən imtina etdikdə, onun bu vaxta qədər aldığı pensiyanın ödənişi dayandırılmaması və digər ailə üzvləri arasında bölüşdürülməsi də əksini tapıb. Misal üçün, ailə başçısını itirməyə görə ailəyə 360 manat təyin olunub, ailədə də 3 nəfər var, bu 360 manat həmin 3 nəfər arasında bölünür, hər birinə 120 manat düşür. Əgər 3 nəfərdən birinin digər növ pensiya və ya müavinət hüququ yaranırsa və həmin yeni ödənişləridən birini almağa başlayırsa, onun bu vaxta qədər aldığı 120 manat kəsilmir. Digər ailə üzvləri arasında bölünür".
Qeyd edək ki, yeni layihə hazırda müzakirə mərhələsindədir.
14:29 / 10 May 2026
44
14:25 / 10 May 2026
54
12:25 / 10 May 2026
509
12:22 / 10 May 2026
69
00:41 / 10 May 2026
329
00:37 / 10 May 2026
2540
00:33 / 10 May 2026
139
00:20 / 10 May 2026
391
00:18 / 10 May 2026
130
00:15 / 10 May 2026
128
00:05 / 10 May 2026
278
23:58 / 09 May 2026
1075
23:55 / 09 May 2026
120
23:54 / 09 May 2026
206
23:52 / 09 May 2026
131
23:46 / 09 May 2026
554
23:44 / 09 May 2026
127
23:27 / 09 May 2026
479
23:04 / 09 May 2026
322
22:56 / 09 May 2026
135
22:42 / 09 May 2026
377
22:10 / 09 May 2026
414
21:38 / 09 May 2026
363
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.