Xəzər dənizinə naməlum obyekt düşdü
22 Aprel 2026, 18:38
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
941
01.02.2020, 14:27
Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur. Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır.
Publika.az ağız qoxusunun yaranma səbəblərini təqdim edir:
Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.
Neçə cür ağız qoxusu var?
Fizioloji ağız qoxusu
Fizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır. Qalıcı deyil.
Patoloji qoxu
Ağız içi qaynaqlı olan qoxuların səbəbi diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.
Halitofobiya
Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.
Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.
Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.
Həmçinin oxuyun
Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.
Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.
Ağız qoxusu necə keçir?
- Gün ərzində iki dəfə dişlərinizi fırçalayın
- Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin
- 3 aydan bir diş fırçanızı dəyişdirin
- Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın
- Ağıza qulluq suları ilə qarqara edin
- Şəkərsiz və nanəli saqqız çeynəyin
- 6 aydan bir dişinizi yoxlatdırın
- Bol-bol su için
19:41 / 22 Aprel 2026
1
19:40 / 22 Aprel 2026
28
19:30 / 22 Aprel 2026
85
19:20 / 22 Aprel 2026
27
19:09 / 22 Aprel 2026
114
19:01 / 22 Aprel 2026
93
18:49 / 22 Aprel 2026
64
18:38 / 22 Aprel 2026
55
18:27 / 22 Aprel 2026
63
18:16 / 22 Aprel 2026
59
18:04 / 22 Aprel 2026
60
17:49 / 22 Aprel 2026
62
17:30 / 22 Aprel 2026
61
17:15 / 22 Aprel 2026
58
17:00 / 22 Aprel 2026
56
16:47 / 22 Aprel 2026
70
16:40 / 22 Aprel 2026
80
16:35 / 22 Aprel 2026
76
16:23 / 22 Aprel 2026
112
16:14 / 22 Aprel 2026
233
16:05 / 22 Aprel 2026
223
15:55 / 22 Aprel 2026
63
15:49 / 22 Aprel 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.