Baha telefonlar niyə ucuzlar qədər enerji saxlamır? – Məşhur brendlərin GİZLİ SƏBƏBİ
22 İyul 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
85
22.07.2026, 13:30
Oxu24.com xəbər verir ki, alimlər bəşəriyyəti elmi-fantastik filmlərdəki görüntülərə bir addım da yaxınlaşdıran möhtəşəm uğura imza atıblar. Meyvə milçəyinin beyni hüceyrə-hüceyrə kopyalanaraq rəqəmsal mühitə yüklənib və virtual bədəni müstəqil şəkildə idarə etməyə başlayıb.
Eksperiment necə həyata keçirilib?
Məlumata görə, bu nəhəng layihənin əsası 2024-cü ildə qoyulub. 200-dən çox alim meyvə milçəyinin tam beyin xəritəsini (konnektomunu) tərtib edib.
•139 000 neyron və 50 milyondan çox sinaptik əlaqə dərindən araşdırılıb.
•Milçəyin beyni elektron mikroskop vasitəsilə 7 000 nazik dilimə kəsilərək süni intellekt texnologiyası ilə analiz edilib.
•Neyronlar arasındakı bütün əlaqələr tam dəqiqliklə bərpa olunub.
Neyron xəritəsi hazırlandıqdan sonra "Eon System" şirkəti bu rəqəmsal beyni virtual milçək bədəninə inteqrasiya edib. Nəticə isə mütəxəssisləri heyran qoyub:
virtual milçək kənardan heç bir proqramlaşdırma və idarəetmə olmadan yalnız öz sinir dövrələrinin hesabı ilə müstəqil hərəkət etməyə başlayıb. O, ərazidə yeriyib, antenalarını təmizləyib və şəkər qoxusu hiss etdikdə dilini çıxararaq dadmağa cəhd edib. Yaradılan rəqəmsal model real milçəyin motor davranışlarını 95% dəqiqliklə təkrarlaya bilib.
Tədqiqatçılar bildirirlər ki, milçək beyninin rəqəmsallaşdırılması yalnız ilk addımdır. Şirkətin növbəti planı milçək beynindən 500–600 dəfə böyük olan siçan beynini simulyasiya etməkdir.
Alimlərin ən böyük və yekun hədəfi isə 86 milyard neyrondan ibarət olan insan beyninin tam rəqəmsal surətini yaratmaq və insan şüurunu kompüter mühitinə köçürməkdir.
16:00 / 22 İyul 2026
1
15:47 / 22 İyul 2026
34
15:35 / 22 İyul 2026
52
15:13 / 22 İyul 2026
53
15:11 / 22 İyul 2026
756
15:07 / 22 İyul 2026
181
15:06 / 22 İyul 2026
233
14:59 / 22 İyul 2026
133
14:59 / 22 İyul 2026
48
14:41 / 22 İyul 2026
71
14:12 / 22 İyul 2026
70
14:10 / 22 İyul 2026
58
14:05 / 22 İyul 2026
59
14:01 / 22 İyul 2026
61
14:00 / 22 İyul 2026
67
13:45 / 22 İyul 2026
67
13:15 / 22 İyul 2026
75
13:10 / 22 İyul 2026
276
13:00 / 22 İyul 2026
87
12:52 / 22 İyul 2026
139
12:50 / 22 İyul 2026
219
12:50 / 22 İyul 2026
217
12:48 / 22 İyul 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.