Moskva metrosunda uşaq doğuldu - VİDEO
30 Aprel 2025, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86Yaşlı dəvə gündə 25-30 litr su içir — Dəvələr haqqında maraqlı faktlar
MARAQLI
460
09.04.2025, 14:54
Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətlərilə seçilir. Allahın diqqət çəkdiyi bu canlı barəsində hətta «Qurani-Kərim»in müxtəlif ayələrində də bəhs olunur. Dəvə barəsində Azərbaycan folklorunda da ibrətamiz kəlamlar çoxdur. «Övladda nəvə, dövlətdə dəvə», «Dəvə kimi kinli», «Dəvədən böyük fil də var» kimi atalar sözlərini buna misal göstərmək olar.
Xüsusiyyətləri
Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.
camel (dəvə)Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük və minik vasitəsi kimi istifadə edir, həm də əti, südü, yunu və dərisindən yararlanırlar. Dəvələrin ağıllı heyvan adlandırılması təsadüfi deyil. Çünki sahibi yanında olmadan səhrada yem axtaran dəvə 15-16 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir. Bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Bundan başqa, dəvə heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilir ki, bu da onun ən üstün xüsusiyyətlərindən biridir. Dəvə yunu zərif yunlardan qiymətli sayılır. O çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km məsafəyə aparamaq qabiliyyətinə malikdir.
Dəvələrin gözü ikiqat kirpiklidir. Bu da onun gözlərini səhranın qum tozanağından qoruyur. O kəskin görmə və qoxubilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Onu bütün vücudunu örtən sıx tıklər isti və soyuqdan qoruyur. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvlər günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin yaşaması üçün hörgüçlərindəki yağı sərf edir. Hörgüçlərdə yağ azalarkən onlar yana əyilir.
Dəvə qızanda onu incidəndən qisas alır
Dəvələrin südündən həm də təbabətdə geniş istifadə edilir. Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Niyazi Səfərovun sözlərinə görə, Şərq ölkələrində «şubat» adlandırılan dəvə südü tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtiilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, onun orqanizmi xəstəliklərə və susuzluğa dözümlü olsun. Cütləşmə dövründə bu heyvanların həssaslığı artır. Bu zaman dəvələrlə aqresiv davranmaq, onları qamçılamaq, vurmaq qətiyyən olmaz. Bu yerdə «dəvə kini» ifadəsini xatırlatmaq yerinə düşər. Cütləşmə zamanı erkək nər qızarkən onun ağzından köpük axır. Bu zaman onunla aqressiv davranan insanlardan mütləq qisas almağa çalışır. Cütləşmə dövründə erkək dəvələr arasında tez-tez qovğalar baş verir. Dəvənin boğazlıq dövrü 13 aydır, balası köşək adlanır. Dəvəni olduqca ağıllı heyvan adlandıran N.Səfərovun sözlərinə görə, bu heyvan sahibinin əmrlərinə dərhal tabe olur, onun bir sözü ilə əyilib-qalxır.
Dəvə yarışları
Bu gün Bəzi ərəb ölkələrində dəvələrin iştirak etdiyi müxtəlif yarışlar keçirilir. Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanında dəvələr arasında gözəllik yarışması keçirilib. Yarışmada yerli «səhranın gəmiləri», eləcə də Küveyt, Qətər, və Birləşmiş Ərəb Əmirliklərindən gətirilən heyvanlar iştirak edib. Ümumilikdə isə müsabiqə 17 mindən çox dəvənin iştirakı ilə keçirilib.
Yarışmanın ümumi mükafat fondu 500 min səudiyyə rialı olub. Bundan başqa, qalib dəvələrin sahiblərinə həm də içərisində avtomobil də olan qiymətli hədiyyələr verilib.
Səudiyyə Ərəbistanında belə gözəllik müsabiqəsi 2001-ci ildən keçirilir. Səhrada yaşayan bədəvinin həyatını dəvəsiz təsəvvür etmək mümkün deyil. Bu heyvanlar ərəblərin gözəllik simvoluna çevriliblər. Qeyd edək ki, «camal» ərəb dilində dəvə deməkdir-yəni qəşəng.
Gözəllik müsabiqəsinin iştirakçıları belə yarışlar üçün tələb olunan uzun ayaqlar, badamı gözlər və dolğun bədənlərə malik dəvələr olur. Müsabiqənin təşkilatçıları yarışma ilə bağlı maraqlı bir fakt açıqlayıblar. Belə ki, müsabiqəni kənardan izləyən bəzi erkək dəvələr yarışmaya qatılan dişi dəvələrin gözəlliyindən ağıllarını itiriblər.
Azərbaycanda dəvəçilik
birhürgüclü dəvəÖlkəmizin ərazisinin dəvəçiliyin iki əsas məskənindən biri olmasına dair müxtəlif tarixi məlumatlar var. Azərbaycanda ikihörgüçlü dəvənin dişisinə haça maya, erkəyinə isə bığır deyilir. İkihörgüçlü ilə birhörgüçlü dəvələrin törəmələri isə ölkəmizdə arvana adı ilə tanınır. Birhörgüçlü dəvənin erkəyini nər adlandırırıq.
Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Niyazi Səfərovun sözlərinə görə, tarixi İpək Yolunun Azərbaycanın ərazisindən keçməsi ölkəmizdə dəvəçiliyin inkişafına mühüm təsir göstərib. Onun fikrincə, Azərbaycanda dəvəçilik sahəsində tənəzzül maşın və texnikanın inkişafı ilə başlanıb. «Dəvəçiliyin Azərbaycanda tarixi çox-çox qədimlərə gedib çıxır. Ölkəmizdə köçəri əhali yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa daşınarkən atlarla bərabər, dəvələrdən də geniş istifadə ediblər. Sovet hakimiyyəti qurulmazdan öncə bu heyvanlardan neft daşınmasında da istifadə olunub»-deyə N.Səfərov bildirib.
Həmçinin oxuyun
Abşeronda damazlıq təsərrüfatı
Kənd Təsərrüfatı Nazirliyinin bölmə müdiri Rafiq Nəcəfovun sözlərinə görə, Azərbaycanda daha çox ikihörgüçlü dəvə cinsləri geniş yayılıb. «Bakterian dəvə cinsində 6-7 yaşına kimi boy və çəki artır. Artıq 3-4 yaşında dəvələrin diri çəkisi 900 kq-a çatır. Dəvələr Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər süd vermə qabiliyyətinə malikdirlər». R.Nəcəfovun sözlərinə görə, orta hesabla hər dəvədən ildə 8-10 kq yun götürmək mümkündür. O, respublikamızda Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonlarını dəvəçiliyin mövcud olduğu bölgələr adlandırıb. Müsahibimizin fikrincə, keçmiş SSRİ dövründə Azərbaycanda dəvəçiliyn inkişafına ciddi fikir verilməyib. «Bunun səbəbi qısqanclıqdan irəli gəlib. Moskvanın qısqanclığı üzündən Azərbaycanda belə bir özəl sahənin inkişafına həmişə ögey münasibət bəslənilib». R.Nəcəfov bildirib ki, Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə Abşeronda «Qobu» Damazlıq Dəvəçilik Təsərrüfatı yaradılıb. Təsərrüfatın yaradılmasında məqsəd həm genefondun qorunub-saxlanılması, həm də bu sahəni inkişaf etdirməkdən ibarətdir. Hazırda həmin təsərrüfatda 100-dən çox dəvə saxlanılır. Ümumilikdə ayrı-ayrı şəxsi təsərrüfatlardakılarla birlikdə ölkəmizdə 200-dən çox dəvə saxlanılır.
Dəvə əti delikates sayılır
Qeyd edək ki, dəvə əti delikates sayılır, ondan Azərbaycan mətbəxində kiftəŞ kotlet və qutab hazırlanarkən istifadə olunur. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da dəvədən Qurban bayramı zamanı qurbanlıq heyvan kimi istifadə olunur. Yeri gəlmişkən, Şərq ölkələrində dəvəni baş hesabı ilə deyil, nəfər hesabı ilə sayırlar. Həmin ölkələrdə qızlar gəlin köçərkən cehizinin arasında mütləq dəvə yunudan hazırlanmış əşya olmalıdır…
12:02 / 01 May 2025
Bakıda silah-sursat aşkarlanıb
4
11:59 / 01 May 2025
İsrail zərbə endirdi: Həyatını itirənlər var
8
11:53 / 01 May 2025
Şəhid qardaşların tale yolları — Məzarları da yanaşıdır
7
11:44 / 01 May 2025
Medvedev Trampın reytinqindən danışıb
9
11:31 / 01 May 2025
Ukrayna silahsız qalacaq? — Britaniyadan sensassion yazı
11
11:26 / 01 May 2025
Moldova sakinləri 9 Mayla bağlı qərar verir
16
11:19 / 01 May 2025
SON DƏQİQƏ! Həmin şəxslər ələ keçdi - Əməlləri şok etdi
476
11:12 / 01 May 2025
Parlament Kamran Əliyevlə bağlı razılıq verdi
81
11:04 / 01 May 2025
Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı
16
10:55 / 01 May 2025
Qəzada həlak olan hərbçilərin FOTOSU
396
10:47 / 01 May 2025
İntiqam Babayevə vəzifə verilib
26
10:32 / 01 May 2025
Hamam otağında dünyasını dəyişən şəxs kimdir? — FOTOLAR
578
10:30 / 01 May 2025
Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olunub
49
10:12 / 01 May 2025
Planetin ən yaşlı insanı vəfat edib
259
10:10 / 01 May 2025
Bu gündən elektron oldu
29
10:10 / 01 May 2025
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
32
09:59 / 01 May 2025
Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
31
09:50 / 01 May 2025
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
21
09:30 / 01 May 2025
İsrail Azərbaycandan kömək istəyir
37
09:20 / 01 May 2025
Dərbəndin yeni başçısı azərbaycanlı oldu
37
09:10 / 01 May 2025
50 il işləyə bilən batareyalar satılacaq
33
09:00 / 01 May 2025
Bu gündən I sinfə şagird qəbulu başlayır
40
01:01 / 01 May 2025
Ağcabədidə ağır qəza - ölənlər var
218
23:43 / 30 Aprel 2025
Moskva metrosunda uşaq doğuldu - VİDEO
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.