Moskva metrosunda uşaq doğuldu - VİDEO
30 Aprel 2025, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86Yel Çərşənbəsində hansı adətlər icra olunur?
MARAQLI
495
11.03.2025, 10:47
Hər il Novruz bayramı ərəfəsində xalqımız dörd çərşənbəni - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.
Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.
Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.
Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Yel çərşənbəsinin inancları
Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.
Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.
Həmçinin oxuyun
Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var.
Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə", "Yel əsir, yengələr oynayır", "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar"...
Yel çərşənbəsinin fəlsəfəsi, mahiyyəti
Yel əslində, sonuncu çərşənbə olmalı imiş Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o ən sonuncu gəlir və dirilişi tamamlayır.
Folklorumuzun mahir bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Yel çərşənbəsindən danışarkən, qeyd edir: “Yel çərşənbəsində deyərlər: Yerə nəfə endi. Bundan sonra “puçur yeli “əsməyə başlayacaq. Bu Yer üzündə olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun, havanın, torpağın odun, bir olmağından sonra ilk tərpəniş, hərəkət, ritmdir. Üç çərşənbədən- su, torpaq, oddan sonra yerə enən nəfəsdir”.
Adına Yel çərşənbəsi deyilsə də, suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – hər nə varsa bütün yaranmışlara hava lazım olur. Su torpağa qovuşandan sonra istini-odu alır, qoynundakı toxumlar duyğuya çevrilir, bu duyğunun açılması üçün bir udum hava lazım olur.
Üç həyat daşıyıcısının –suyun, torpağın odun qovuşduğu anda, dördüncünün – havanın gəlməyi yaranışın qanunauyğunluğunu tam etmək üçün tamamlamaq, yəni, olmaq üçündür. OL! Bu, həmin andı-Yaradılış anı!
Qeyd edək ki, ilaxır - Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.
2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!
13:09 / 01 May 2025
Sabahın havası ilə bağlı açıqlama
2
12:59 / 01 May 2025
ABŞ Çini danışıqlar masasına dəvət edir
3
12:55 / 01 May 2025
Pentaqon rəhbəri İranı sərt təhdid edib
6
12:53 / 01 May 2025
Quru sərhədləri açılır — Hökumətindəki mənbədən məlumat sızdı
112
12:41 / 01 May 2025
Kamala Harris Trampa qarşı birliyə çağırır
10
12:32 / 01 May 2025
Bu ödənişlər yalnız nağdsız olacaq - 1000 manata qədər cəriməsi var
10
12:29 / 01 May 2025
Kamran Əliyev parlamentdə çıxış etdi
13
12:14 / 01 May 2025
Nazirlə görüş var
13
12:02 / 01 May 2025
Bakıda silah-sursat aşkarlanıb
21
11:59 / 01 May 2025
İsrail zərbə endirdi: Həyatını itirənlər var
30
11:53 / 01 May 2025
Şəhid qardaşların tale yolları — Məzarları da yanaşıdır
84
11:44 / 01 May 2025
Medvedev Trampın reytinqindən danışıb
29
11:31 / 01 May 2025
Ukrayna silahsız qalacaq? — Britaniyadan sensassion yazı
24
11:26 / 01 May 2025
Moldova sakinləri 9 Mayla bağlı qərar verir
34
11:19 / 01 May 2025
SON DƏQİQƏ! Həmin şəxslər ələ keçdi - Əməlləri şok etdi
1044
11:12 / 01 May 2025
Parlament Kamran Əliyevlə bağlı razılıq verdi
133
11:04 / 01 May 2025
Bakıda 2 ildir bağlı olan İran Bankı açıldı
29
10:55 / 01 May 2025
Qəzada həlak olan hərbçilərin FOTOSU
561
10:47 / 01 May 2025
İntiqam Babayevə vəzifə verilib
43
10:32 / 01 May 2025
Hamam otağında dünyasını dəyişən şəxs kimdir? — FOTOLAR
780
10:30 / 01 May 2025
Azərbaycanda 2 vəkilə töhmət, 6-na xəbərdarlıq olunub
63
10:12 / 01 May 2025
Planetin ən yaşlı insanı vəfat edib
314
10:10 / 01 May 2025
Bu gündən elektron oldu
45
10:10 / 01 May 2025
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
50
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.