Edam olunan kürdəxanılı inqilabçının HƏYATI
15 Dekabr 2025, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
860
04.03.2025, 18:27
Böyük qulaqları, nəhəng xortumları və sevimli görünüşləri ilə heyvanlar aləminin ən çox diqqət çəkən üzvlərindən olan fillər, bütün bu xüsusiyyətlərlə yanaşı insanların bilmədiyi bəzi qəribə xüsusiyyətlərə də sahibdirlər. Meşənin ən böyük qonaqlarından olan bu sevimli heyvanların bilinməyən tərəflərindən bəzilərini sizin üçün topladıq.
1. Xortumlu məməlilər sinfindən yalnız fillərin nəsli tükənməmiş və günümüzə qədər gələ bilmişdir.
2. Fillər sürü halında yaşayan heyvanlardır. Sürünün başında böyük bir erkək fil durur. Lakin, sürü hərəkət halına keçdikdə yaşlı və təcrübəli bir dişi qabağa keçir. Bütün sürü halında yaşayan heyvanlarda olduğu kimi fillərdə də yetkinlik halına çatmış erkəklərdə güclü rəqabət vardır. Döyüşdə müvəffəqiyyətsizliyə uğramış yaşlı lider rəqibi tərəfindən sürüdən uzaqlaşdırılır.
3. Dünyanın ən böyük heyvanları arasında yer alan fillər, arılardan qorxurlar.
4. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.
5. Sürüdən bir fil öldüyü zaman uzun bir müddət yas tutduqları müşahidə edilmişdir. Hətta 2012-ci ildə həyatını itirən fil təlimçisi Lourans Antoninin vəfatından sonra, iki böyük fil sürüsü onun cənazəsi üçün evinə qədər getmişdir.
6. Dişi fil hər 3-4 ildən bir balalayır və hər dəfə 1 bala doğur. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.
7. Filin xortumu çox elasiki və güclüdür. Bir filin xortumunda, təxminən 50 min əzələ var. Burun dəlikləri xortumun ucunda yerləşir.
8. Hamiləlik müddətləri təxminən 2 il davam edir və yeni doğulan bala fillər ortalama 100 kilo olur.
9. Fillər ayaq üstündə yatırlar, ancaq sirkdə işlədilən fillər bir müddət sonra insanlar kimi yatmağı öyrənirlər.
10. Qaçmağa başladıqlarında atlar qədər sürətlənə bilirlər.
11. Beyinləri təxminən 5 kilodur və bu sayədə dünyanın ən böyük beyinli canlısı ünvanına sahibdirlər.
12. Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur.
13. Edison, elektrik axınının təhlükəsini test etmək üçün 1903-cü ildə bir filə elektrik verərək ölümünə səbəb olmuşdur.
14. Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir.
Həmçinin oxuyun
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.