TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
616
21.01.2020, 23:39
"Kaspersky Lab"ın mütəxəssisləri internetdə yeni fırıldaq sxemini aşkarlayıblar.
Oxu24.com xəbər verir ki, bu haqda "Kaspersky Lab" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin oxuyun
Məlumata görə, fırıldaqçılar özlərini fərdi məlumatların müdafiəsi fondunun nümayəndələri kimi təqdim edərək, fərdi məlumatları ələ keçirir və bundan pul qazanırlar. Onlar bu fondun ABŞ Federal Ticarət Komissiyası tərəfindən yaradıldığını bildirirlər. Özlərinə feyk sayt yaradan kibercinayətkarlar internet istifadəçilərinə fərdi məlumatların oğurlanmasına görə kompensasiya ödəyəcəklərini deyirlər. Sözügedən cinayət halı daha çox Rusiya, Əlcəzair, Misir və Birləşmiş Ərəb Əmirliklərində və s. ölkələrdə qeydə alınıb. Cinayətkarlar internet istifadəçilərindən məlumatlarının oğurlanıb-oğurlanmadığını yoxlamaq adı ilə bir sıra şəxsi informasiya alırlar. Bura ad, soyad, telefon nömrəsi və sosial şəbəkələrinin linki daxildir. İnformasiyaları aldıqdan sonra isə istifadəçiyə fərdi məlumatlarında boşluq aşkarlandığını bildirərək, onlara kompensasiya ödəniləcəyini deyirlər. Kompensasiyanı almaları üçün isə sosial sığorta nömrələrini istəyirlər. Sonra o nömrənin bazada görünmədiyini deyərək, müvəqqəti olaraq 9 dollara yeni nömrə almağı təklif edirlər.
Şirkət mütəxəssisləri bu kimi təkliflərə skeptik yanaşmanı tövsiyə edir. Eyni zamanda, etibarlı sayt və tətbiqlərdən istifadə etməyi məsləhət görürlər.
09:36 / 29 Yanvar 2026
25
09:35 / 29 Yanvar 2026
29
08:33 / 29 Yanvar 2026
72
03:57 / 29 Yanvar 2026
137
02:14 / 29 Yanvar 2026
161
02:12 / 29 Yanvar 2026
110
02:11 / 29 Yanvar 2026
157
02:08 / 29 Yanvar 2026
223
02:06 / 29 Yanvar 2026
85
02:02 / 29 Yanvar 2026
587
01:53 / 29 Yanvar 2026
173
01:46 / 29 Yanvar 2026
151
01:42 / 29 Yanvar 2026
250
01:33 / 29 Yanvar 2026
131
01:30 / 29 Yanvar 2026
87
01:23 / 29 Yanvar 2026
118
01:16 / 29 Yanvar 2026
890
01:13 / 29 Yanvar 2026
115
01:09 / 29 Yanvar 2026
110
00:54 / 29 Yanvar 2026
3295
00:54 / 29 Yanvar 2026
121
00:38 / 29 Yanvar 2026
94
00:27 / 29 Yanvar 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.