TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
566
26.12.2024, 21:22
Baş verən faciəvi təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Faciənin “səbəbkarı” “Pantsir-S” hava hücumundan müdafiə sistemləri ilə bağlı detallı məlumatları təqdim edirik:
“Pantsir-S” hava hücumundan müdafiə sistemləri 1994-cü ildə Tula şəhərində istehsal edilib və 2012-ci ildən Rusiyanın ordusunun arsenalına daxil olub. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub. Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur.Texnologiya və texniki quruluş olaraq Sovet-Rusiya mənşəli hərbi silahlar kateqoriyasına aiddir. Təyinat olaraq, özüyeriyən, orta mənzilli yer-hava raket və zenit-artilleriya sistemləri sinfinə aid olan “Pantsir-S” Suriya Vətəndaş müharibəsi və Rusiya-Ukrayna müharibəsində geniş istifadə olunub. Suriyada olduqca rahat sıradan çıxarılması onun imicinə mənfi təsir etsə də, Ukraynadakı hərbi əməliyyatlar zamanı Moskvanın əlini xeyli gücləndirib.
Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır. Sistem tam avtomatik şəkildə fəaliyyət göstərir. Hərəkətdə olduğu halda belə raket və ya zenit-artilleriya topundan atəş aça bilir. 2013-cü ildən etibarən bu ZRK-da erkən xəbərdarlıq məqsədilə iki radar stansiyasından istifadə olunur. İstənilən mənbədən daxil olan hədəf koordinatları ümumi sistemə daxil edildikdən sonra −5 və +82 dərəcə aralığında hərəkət edən hədəfi məhv edə bilər. Hədəfin məhv edilməsi məqsədilə raketlərin buraxılması intervalı 1–1.5 saniyə arasında dəyişir ki, bu da sistemi öz analoqları ilə müqayisədə əlçatmaz edir.
Hazırda “Pantsir-S”-dən Rusiya xaricində Əlcəzair, İran, İraq, Oman, BƏƏ və Suriya kimi ölkələr də öz arsenallarında istifadə edir.
22:32 / 28 Avqust 2026
27
22:12 / 28 Avqust 2026
49
21:45 / 28 Avqust 2026
52
21:09 / 28 Avqust 2026
66
20:50 / 28 Avqust 2026
82
20:40 / 28 Avqust 2026
85
20:07 / 28 Avqust 2026
74
19:53 / 28 Avqust 2026
96
19:29 / 28 Avqust 2026
80
19:26 / 28 Avqust 2026
297
19:16 / 28 Avqust 2026
379
19:09 / 28 Avqust 2026
84
18:47 / 28 Avqust 2026
94
18:30 / 28 Avqust 2026
94
18:21 / 28 Avqust 2026
518
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
77
17:59 / 28 Avqust 2026
100
17:40 / 28 Avqust 2026
75
17:30 / 28 Avqust 2026
196
17:15 / 28 Avqust 2026
85
16:59 / 28 Avqust 2026
83
16:55 / 28 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.