Bakıda tələbə bıçaqlanıb
04 Noyabr 2026, 16:13
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
626
22.02.2022, 12:04
Özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələrilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib.
Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.
18:37 / 04 Noyabr 2026
9
18:35 / 04 Noyabr 2026
14
18:35 / 04 Noyabr 2026
1923
18:27 / 04 Noyabr 2026
47
18:21 / 04 Noyabr 2026
24
18:15 / 04 Noyabr 2026
51
18:14 / 04 Noyabr 2026
60
17:40 / 04 Noyabr 2026
76
17:13 / 04 Noyabr 2026
517
17:12 / 04 Noyabr 2026
102
17:02 / 04 Noyabr 2026
210
16:58 / 04 Noyabr 2026
88
16:54 / 04 Noyabr 2026
163
16:49 / 04 Noyabr 2026
93
16:34 / 04 Noyabr 2026
454
16:32 / 04 Noyabr 2026
97
16:22 / 04 Noyabr 2026
186
16:21 / 04 Noyabr 2026
123
16:20 / 04 Noyabr 2026
106
16:19 / 04 Noyabr 2026
110
16:13 / 04 Noyabr 2026
117
16:12 / 04 Noyabr 2026
210
16:10 / 04 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.