Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3717
08.06.2021, 07:52
Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini öldürən Samir Mustafayevin cinayət işi çoxlarının diqqətini çəkdi. Bu qəddarlığın səbəbi nə ola bilər ki?
Oxu24.com Lent.az-a istinadən bu sualın cavabını onun öz dilindən təqdim edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən S.Mustafayev bildirib ki, 1985-ci ildə Rusiyada anadan olub. Bir yaşı olanda ailəsi ilə Bakıya köçüb. Valideynləri öləndən sonra nənəsi və bibisi ilə Günəşli qəsəbəsində yaşayıb və 8-10 ildir ki, narkotik qəbul edir.
Samir Mustafayev ifadəsində qeyd edib ki, hadisədən bir müddət əvvəl tanışı Mikayıla zəng edib ki, ona narkotik gətirsin:
“Həmin gün saat 22:00 radələrində Mikayıl bizə gəldi. Blokun 6-cı mərtəbəsində onunla görüşdüm. Mikayıl mənə pulsuz 0,5 qram narkotik maddə verdi. Mən evə qalxaraq tualetə girib narkotikdən istifadə etdim. Sabahı gün bibim Tamilla mənə Mikayılı nəzərdə tutub dedi ki, qonşular sənin yanına gələn adamı görüblər və həmin adamın binanın liftinin mühərrikini oğurlayıb apardığından şübhələnirlər.
\Bibim həm də dedi ki, qonşuların onunla belə bir mövzuda söhbət etmələrindən çox utanır, çox narahatdır və əsəbiləşir. Bibimin dedikləri əsəblərimi xarab eləmişdi. Nənəm Simuzər mətbəxdə idi. Mən mətbəxə keçib stoldan bıçağı götürdüm. Bibim isə divanın küncündə oturub əlində tutduğu boşqabda nə isə yeyirdi. Ona arxadan yaxınlaşıb bıçaqla kürəyindən zərbələr vurdum. Bu zaman nənəm bibimin səsinə otağa gəldi. Bıçaqla nənəmin də boğazından və bədənindən zərbələr vurdum. Bıçaq tiyəsindən qırıldı, nənəm yerə yıxıldı. Mətbəxə keçib daha iri tiyəli ikinci bıçaq götürüb, yenə nənəmə zərbələr endirdim”.
Təqsirləndirilən şəxs deyib ki, nənəsinin də hərəkətsiz qaldığını görərək mətbəxə keçib, əllərinin qanını yuyub. Daha sonra bibisinin telefonunu və noutbukunu, eləcə də nənəsinin yastığının altındakı 6 manat pulu götürərək evdən çıxaraq “Neftçilər” metro stansiyasının yanına gedib. Dostları ilə narkotik qəbul edib. Növbəti dəfə narkotik almağa gedərkən Yasamal rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.