Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə saatlarında dəhşət: 22 yaşlı oğlan qanına boyandı

Bakıda gecə saatlarında dəhşət: 22 yaşlı oğlan qanına boyandı

KRİMİNAL

4002

08.06.2021, 01:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Bayraq parkında (keçmiş Musabəyov parkı) 1999-cu il təvəllüdlü Qədimzadə Məhəmməd Yusif oğlu ilə tanımadığı şəxs arasında mübahisə baş verib.

Mübahisə zamanı naməlum şəxs M.Qədimzadəyə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sol budun kəsilmiş-deşilmiş yarası və sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev