Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda atışma olub

Bakıda atışma olub

KRİMİNAL

4272

07.06.2021, 13:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda naməlum şəxs yaşayış evinə və sexə silahla atəş açıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb.

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.
Araşdırma aparılır.