Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2172
18.05.2021, 12:46
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, ötən ilin dekabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən məişət əşyalarının oğurlanması barədə Tərtər RPŞ-yə məlumat daxil olub.
Keçirilən tədbirlər nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Səxavət Axundlunun yeri müəyyən edilərək saxlanılıb.
Bundan başqa, daxil olan məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər də saxlanılıb. Həmin şəxslərin Bərdə rayon sakini Şəhriyar Babayev və Ağdam rayon sakini Elvin Sadıqov olduğu müəyyən edilib. Onların üzərində aparılan şəxsi axtarış zamanı Ş.Babayevdən şəxsi istehlak miqdarından artıq metamfetamin və heroin, E.Sadıqovdan da heroin aşkar edilərək götürülüb.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində axtarışda olan şəxsin də yeri müəyyən edilib. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Bərdə rayon sakini Bəybala Kamranbəyli saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.