Qaynar xətt:

(+99450) 247 90 86

Bayram günü bədbəxt hadisə: 7 nəfər xəsarət aldı - Aralarında azyaşlılar da var

Bayram günü bədbəxt hadisə: 7 nəfər xəsarət aldı - Aralarında azyaşlılar da var

KRİMİNAL

1127

20.03.2021, 17:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlaxda ağır yol qəzası olub.

Oxu24.com APA-ya istinadən bildirir ki, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.