Bakıda kütləvi dava: bıçaqlananlar var – Adlar
13 Noyabr 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3439
11.03.2021, 11:12
Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Oxu24.com-a Xətai rayon prokurorluğundan bildirilib. Məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
13:43 / 13 Noyabr 2026
34
13:41 / 13 Noyabr 2026
29
13:20 / 13 Noyabr 2026
41
13:05 / 13 Noyabr 2026
76
12:57 / 13 Noyabr 2026
70
12:45 / 13 Noyabr 2026
95
12:32 / 13 Noyabr 2026
118
12:20 / 13 Noyabr 2026
85
12:17 / 13 Noyabr 2026
86
12:08 / 13 Noyabr 2026
542
11:55 / 13 Noyabr 2026
102
11:45 / 13 Noyabr 2026
166
11:40 / 13 Noyabr 2026
97
11:21 / 13 Noyabr 2026
311
11:15 / 13 Noyabr 2026
101
11:12 / 13 Noyabr 2026
197
11:00 / 13 Noyabr 2026
116
10:50 / 13 Noyabr 2026
100
10:45 / 13 Noyabr 2026
153
10:39 / 13 Noyabr 2026
130
10:25 / 13 Noyabr 2026
119
10:22 / 13 Noyabr 2026
261
10:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.