Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2003
02.03.2021, 11:51
Dünən günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun bıçaqlanaraq öldürülməsinin təfərrüatları məlum olub.
Oxu24.com -un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilən 22 yaşlı Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb.
Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Artıq qətli törədən 19 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.
Mərhumun fotosunu təqdim edirik. (Publika)

17:43 / 13 Noyabr 2026
17
17:30 / 13 Noyabr 2026
45
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
93
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
112
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
210
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
102
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
114
14:59 / 13 Noyabr 2026
247
14:50 / 13 Noyabr 2026
134
14:46 / 13 Noyabr 2026
116
14:33 / 13 Noyabr 2026
127
14:24 / 13 Noyabr 2026
619
14:17 / 13 Noyabr 2026
504
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.