Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1463
02.03.2021, 10:44
İranda dövlətə qarşı qiyam qaldırmaqda ittiham olunan 4 nəfər edam edilib.
Oxu24.com “TRT Haber”ə istinadən xəbər verir ki, İran məhkəməsi ölkənin İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) fəalları Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi, Nasir Nafacian barəsində ölüm hökmü verib.
Hökm Xuzistan əyalətinin Əhvaz şəhərindəki Sepida həbsxanasında icra olunub.
Onlar 2017-ci ildə Əhvazda iki polis məntəqəsinə hücum etməkdə ittiham olunublar. Məlumata görə, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi bu il yanvarın 28-də edam edilən Əli Matiri ilə görüşün qadağan edilməsinə və həbsxana rəhbərliyinin onunla pis rəftarına etiraz olaraq dodaqlarını tikmişdilər.
İranın təhlükəsizlik orqanlarına yaxın mənbələr bəzi KİV təmsilçilərinə bildirib ki, yuxarıda adları qeyd olunan 4 nəfər “terrorçu fəaliyyətinə” görə edam olunublar.
İranın İRNA dövlət agentliyinin məlumatına əsasən, Casim Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasir Nafacian Əhvaz Milli Dirəniş (Müqavimət) Təşkilatı adı altında fəaliyyət göstərən Əl-Əhvaziyyə (Əhvaz Azadlıqsevər Ərəb Hərəkatı) qruplaşmasının “əsas kadrları” sayılırlar. Onların Suriyada fəaliyyət göstərən “Əl-Nusra” qruplaşması ilə əlaqəsi olduğu iddia olunur.
17:43 / 13 Noyabr 2026
1
17:30 / 13 Noyabr 2026
44
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
92
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
111
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
208
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
336
15:37 / 13 Noyabr 2026
101
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
113
14:59 / 13 Noyabr 2026
244
14:50 / 13 Noyabr 2026
133
14:46 / 13 Noyabr 2026
115
14:33 / 13 Noyabr 2026
126
14:24 / 13 Noyabr 2026
617
14:17 / 13 Noyabr 2026
502
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.