Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb

Şəmkirdə avtomobildən oğurluq edən şəxs saxlanılıb

KRİMİNAL

922

02.03.2021, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, İntiqam Yusifov Şəmkir rayonundan Bakı şəhərinə getmək üçün müştəri qismində əyləşdiyi taksinin Kürdəmir rayonunda qısa fasilə zamanı sürücüsünün olmamasından istifadə edərək, avtomobildə olan 57 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyalarını oğurlayıb.

 Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı İ. Yusifov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları Bakı şəhərində satdığını və əldə etdiyi 3000 manatdan çox pulu avtomobil icarəyə götürərək müxtəlif növ əyləncələrə xərclədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.