Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qəza: Yaralılar var

Azərbaycanda dəhşətli qəza: Yaralılar var

KRİMİNAL

1741

22.02.2021, 09:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.