Qaynar xətt:

(+99450) 247 90 86

Bıçağı qardaşının boğazına soxdu

Bıçağı qardaşının boğazına soxdu

KRİMİNAL

501

04.07.2020, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Zaqatalada qardaş qardaşı bıçaqlayıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. S. Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahizə edib. Mübahizə zamanı K. Abdullayev üzərində olan bıçaqla S. Abdullayevi bıçaqlayıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.