Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?
13 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
654
02.07.2020, 19:40
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada 2 qonur ayı balası aşkar edilib.
Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra 3500 manata onları satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər. Polis əməkdaşları tərəfindən qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
11:31 / 14 May 2026
1
11:17 / 14 May 2026
20
11:13 / 14 May 2026
31
11:09 / 14 May 2026
32
11:05 / 14 May 2026
30
11:01 / 14 May 2026
121
10:52 / 14 May 2026
302
10:44 / 14 May 2026
41
10:42 / 14 May 2026
37
10:15 / 14 May 2026
46
10:14 / 14 May 2026
54
10:12 / 14 May 2026
49
10:11 / 14 May 2026
48
10:08 / 14 May 2026
44
09:32 / 14 May 2026
55
09:12 / 14 May 2026
74
00:25 / 14 May 2026
250
23:53 / 13 May 2026
379
23:36 / 13 May 2026
266
23:05 / 13 May 2026
994
23:05 / 13 May 2026
349
23:03 / 13 May 2026
121
23:00 / 13 May 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.