Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?
13 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1252
30.06.2020, 21:01
Şəmkirdə övladına kiçik toy etmək istəyən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Şəmkir rayonunun Xuluf kənd sakini Əkbər Qəribov azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Lakin ona karantin qaydalarına ciddi riayət etməsi barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Əkbər Qəribov yaşadığı evin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib:
Şəmkir RPŞ-nin rəis müavini İlqar Əliyevin sözlərinə görə, polis əməkdaşları dərhal vətəndaşın evinə gedərək məclisin başlanmasını dayandırıblar:
“Oradakı iştirakçıları rayon polis şöbəsinə gətirərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib”.
Şöbədə toy məclisinin təşkilatçısı və iştirakçıları ilə bir daha maarifləndirici söhbətlər aparılıb. Onlara karantin qaydalarının tələbləri izah olunub.
Toy sahibi Əkbər Qəribov səhv etdiyini etiraf edib: “Uşağı məcbur olub kəsdirdik. Əməlimizdən peşmanıq. Qohum-qonşular gəldi məcbur olub stol açdıq. Qaydaları pozduğumuza görə peşmanıq”.
Toya qonaq qismində qatılan iştirakçılardan biri olan Samirə İsmayilova da peşman olduğunu bildirib: “Ürəyim durmadı. Bir dəqiqəlik gedib orda iştirak edib bir stəkan çay içdim. Əlbəttə olmaz. Düzdür etdiyimiz səhvə görə çox peşmanıq”.
Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.