Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda  qadından şok hərəkət: Cinayət işi açdılar

Bakıda  qadından şok hərəkət: Cinayət işi açdılar

KRİMİNAL

749

30.06.2020, 14:39

2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63 700 manat pul alıb.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.