Qaynar xətt:

(+99450) 247 90 86

İrandan Azərbayana narkotik gətirən dəstə zərərsizləşdirilib

İrandan Azərbayana narkotik gətirən dəstə zərərsizləşdirilib

KRİMİNAL

1085

29.06.2020, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər ərzində 3 halda 21,7 kq narkotik vasitəyə, psixotrop və güclü təsiredici maddəyə oxşar vasitə, preparat və həbin İran İslan Respublika­sından Azərbaycan Respubli­kası əra­zisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu24.com-a  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonu Aranlı kəndi ərazisində yerləşən sərhəd zastava­sının xidməti sahəsində 1988-ci il təvəllüdlü, İran İslam Respub­li­ka­sı vətən­daşı Sədri Kazım Həmid Azərbaycanın dövlət sərhədini İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan istiqamətində keçərkən sərhəd pozucusu qismində saxlanılıb. Onun saxlanıldığı yerə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyi bağlamada külli miqdarda narkotik vasitə - 4 kq 52 qram heroin, 1 kq 815 qram qurudulmuş marixuana, 505 qram tiryək, psixotrop maddə - 4,9 qram mеtadon, 1103 qram metamfеtamin, güclü təsir edən maddə - 8,9 qram “Tramadol”, 37,4 qram “Preqabalin”, 0,4 qram “Klobazam” aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə Cinayət Məcəl­ləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb, İİR vətəndaşı Sədri Kazım Həmid barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, cinayətkar qrupun digər iştirakçılarının müəyyən edilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir neçə gündən sonra həmin sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan istiqamətində 2 nəfər şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd nar­yadının sayıqlığı nəticəsində qaçaqmalçılar qaçaqmal predmetini hadisə ye­rində ataraq İran İslam Respublikası istiqamətində geri qaçıblar.

Hadisə yerinə baxış keçirilərkən ərazidə 4 kq 520 qram heroinə, 495 qram quru­dulmuş marixuanaya və 2 kq 60 qram metamfetaminə oxşar maddələr aşkar edilərək götürülüb.

Növbəti dəfə eyni sərhəd zastavasının xidməti sahəsində 6 kq 320 qram heroinə, 540 qram qurudulmuş marixuanaya, 210 qram həşişə oxşar maddələr və 51 flakonda güclü təsir edən vasitə “Mydrax-Tropikamide”-yə oxşar maddə aşkar olunaraq götürülüb.

Qeyd olunan son iki fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdi­rilir.

 

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

121

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

124

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

145

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

127

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

146

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

141

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

144

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

249

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

137

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1050

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

137

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

142

0