Londonda ölən 34 yaşlı azərbaycanlı hamilə qadın KİM İDİ?
13 May 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
736
27.06.2020, 18:33
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə külli miqdarda narkotik vasitə, odlu silah-sursat gizlədən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub. Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə butkisi də aşkar olunub.
İstintaq tədbirlərinin davamı olaraq müəyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib. Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd parton, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitə və silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
19:12 / 13 May 2026
1
19:03 / 13 May 2026
39
19:00 / 13 May 2026
55
18:36 / 13 May 2026
82
18:13 / 13 May 2026
64
18:02 / 13 May 2026
63
17:39 / 13 May 2026
560
17:25 / 13 May 2026
68
17:20 / 13 May 2026
69
17:18 / 13 May 2026
69
17:10 / 13 May 2026
72
16:53 / 13 May 2026
198
16:52 / 13 May 2026
71
16:38 / 13 May 2026
745
16:32 / 13 May 2026
94
16:26 / 13 May 2026
76
16:25 / 13 May 2026
526
16:19 / 13 May 2026
73
16:11 / 13 May 2026
307
16:08 / 13 May 2026
79
16:02 / 13 May 2026
72
15:51 / 13 May 2026
75
15:37 / 13 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.