Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda 600 kq narkotik məhv edilib

İsmayıllıda 600 kq narkotik məhv edilib

KRİMİNAL

556

26.06.2020, 11:35

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Oxu24.com-a  verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq  olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.