Qaynar xətt:

(+99450) 247 90 86

Dövlət Gömrük Komitəsinin şöbə rəisi HƏBS EDİLDİ – RƏSMİ

Dövlət Gömrük Komitəsinin şöbə rəisi HƏBS EDİLDİ – RƏSMİ

KRİMİNAL

720

25.06.2020, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.

Oxu24.com-a daxil olan məlumatda deyilir:

Ölkə başçısı tərəfindən uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində dövlət idarəçiliyinin bütün sahələrində şəffaflığın təmin olunması sahəsində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilməkdədir.

Bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən silsilə tədbirlər davam etdirilməkdədir.

Belə ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında yaxalanmışdır.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0