Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 24-də saat 19 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosipedlə yolu keçən Azad Zeynalovu vurub. A.Zeynalov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR