Qaynar xətt:

(+99450) 247 90 86

Xəzərdə nəzarətsiz ərazidə bir nəfər batıb

Xəzərdə nəzarətsiz ərazidə bir nəfər batıb

KRİMİNAL

632

20.06.2020, 17:43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

Oxu24.com -un  FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y. Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.