Qaynar xətt:

(+99450) 247 90 86

Sərxoş kişi gecə qayınanasının evinə gedib tələb etdi ki... – Şamaxıda şok olay

Sərxoş kişi gecə qayınanasının evinə gedib tələb etdi ki... – Şamaxıda şok olay

KRİMİNAL

1382

20.06.2020, 15:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxı rayonunda soyğunçuluq hadisəsi törətməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Baycan Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Baycan Feyzullayev 4 iyul 2019-cu il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə rayonun Quşçu kəndində yaşayan mərhum arvadının anası İpəknaz Feyzullayevanın yaşadığı evə daxil olub.

O, qayınanasından pul tələb edib. Pulun yerini deməkdən imtina edən qadını yumruq-təpiklə döyüb. Daha sonra evi axtaran Baycan Feyzullayev yataq otağında olan sandığın içərisindən 2500 manat məbləğində pulu götürüb və evdən gedib.

İstintaq orqanı tərəfindən Baycan Feyzullayevin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirçləndirilən şəxs qismində ifadə verən Baycan Feyzullayev bildirib ki, iyulun 4-də Ənvər ləqəbi ilə çağırılan qayını Əlizadə Feyzullayevin evinə gedib və onu axtardığından Əlizadə ilə bir həyətdə yaşayan qayınanası İpəknaz Feyzullayevanın evinin pəncərəsini döyüb: “Səsə qonşu evdə yaşayan Əlizadənin qızı Hicran çıxdı və nə lazım olduğunu soruşdu. Ondan Əlizadənin harada olduğunu soruşdum. Hicran “Əlizadə səninlə toyda deyildi?”, - sualını verdi. Bundan sonra İpəknaz Feyzullayevanın həyətindən çıxdım və öz evimə getdim”.

Baycan Feyzullayev ifadəsində İpəknaz Feyzullayevanın göstərdiklərinin yalan olduğunu, onun evinə getmədiyini, 2500 manat məbləğində və qeyri məbləğdə pul götürmədiyini, İpəknazı döymədiyini, onun nəvəsi Hicranı itələyib yıxmadığını, sadəcə olaraq Əlzadə Feyzullayevi soruşub, sonra oradan evinə getdiyini bildirib.

Baycan Feyzullayev qeyd edib ki, həmin günü Firudin Feyzullayevin öz oğlu üçün etdiyi toyda Əlizadə Feyzullayevlə bir yerdə olub, yemək yeyib, spirtli içki içiblər: “Ancaq toydan çıxanda içkili olduğum üçün Əlizadə Feyzullayevin evinin qarşısından keçəndə onunla qonşu olan anası İpəknaz Feyzullayevanın evinin pəncərəsini döyüb, Əlizadəni soruşmuşam. Başqa heç nə etməmişəm”.

Şamaxı rayon Məhkəməsinin hökmü ilə o, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhum edilib.

Hökmdən narazı qalan Baycan Feyzullayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Qeyd edib ki, qaynı Əlizadə ilə aralarında arvadının yas mərasimi və həmin yas mərasiminə yığılan pullarla əlaqədar mübahisəsi olub. Bu səbbədən ona bohtan atıldığını qeyd edib.

Baycan Feyzullayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Baycan Feyzullayevin barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin olunmayıb.

Amma verilmiş cəza dəyişdirilib. Baycan Feyzullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

21:38 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

158

0
ABŞ İranın cənubuna zərbələr endirdi 

21:20 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın cənubuna zərbələr endirdi 

156

0
Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

156

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

153

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

200

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

172

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

216

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

169

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

175

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

326

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

168

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1225

0