Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda BİABIRÇILIQ - 61 yaşlı taksi sürücüsü maşınına minən 3 azyaşlı qıza görün nələr etdi

Azərbaycanda BİABIRÇILIQ - 61 yaşlı taksi sürücüsü maşınına minən 3 azyaşlı qıza görün nələr etdi

KRİMİNAL

656

20.06.2020, 10:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəmkir rayonunda mıəktəbli qıza təcavüzdə ittiham olunan 1959-cu il təvəllüdlü Vidadi Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  xəbər verir ki, Vidadi Rüstəmov taksi fəaliyyəti ilə məşğul olduğu özünə məxsus “VAZ 2107” markalı avtomobillə 2017-ci il sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək 2008-ci il təvəllüdlü Samirə Məmmədovaya (cinayət işində adı keçən zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) yaşadığı evdən məktəbə aparıb. O, azyaşlının məktəbə aparıb-gətirən zaman avtomobilin içərisində öz cinsi ehtirasını təmin etmək məqsədilə mütəmadi olaraq zor tətbiq etmədən əlləri ilə azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib.

Vidadi Rüstəmov həmçinin Samirə Məmmədovanın bacısı, 2011-ci il təvəllüdlü Ləmana da eyni hərəkətlər törədib. O, Ləmanı da öz avtomobili ilə məktəbə aparıb-gətirən zaman bu çirkin əməlini həyata keçirib.

Vidadi Rüstəmov rayon ərazisində daha bir məktəbli qıza qarşı da öz çirkin əməlini həyata keçirib. O, 2010-cu il təvəllüdlü Ramella Səmədovanı məktəbə aparıb-gətirən zaman ona qarşı əxlaqsız hərəkətlər edib.

O, azyaşlı qızı idarə etdiyi avtomobillə yaşadığı evdən orta məktəbə aparıb-gətirib. Bu zaman azyaşlıya qarşı əxlaqsızlıq edib. Onun Ramella Səmədovaya qarşı bu hərəkətləri 2017-ci ilin sentyabr ayının ortalarından 2018-ci il may ayının sonlarınadək və 2018-ci ilin ilin sentyabr ayının ortalarından həmin ilin dekabr ayının sonlarınadək davam edib.

İstintaq orqanı tərəfindən Vidadi Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Vidadi Rüstəmov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 ill 2 ay 29 gün müddətə islah işləri cəzasına məhkum olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Prokurorun protesti araşdırılmaq üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti təmin edilib və Şəmkir rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Vidadi Rüstəmovun barəsində 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Vidadi Rüstəmovun cəzasının əvvəli 2019-cu il avqustun 30-dan hesablanıb.(Teleqraf.com)

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

21:38 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib 

164

0
ABŞ İranın cənubuna zərbələr endirdi 

21:20 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

ABŞ İranın cənubuna zərbələr endirdi 

163

0
Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

159

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

155

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

215

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

188

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

235

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

171

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

177

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

340

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

179

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1237

0