Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli gecə: Ölən və yaralılar var

2020/05/22/1590119710_1589836495582_ri14l525.jpeg

KRİMİNAL

1501

22.05.2020, 07:54

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, qəza Ağ Şəhər Bulvarının ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yol kənarında hərəkətsiz dayanan 5 avtomobilə çırpılıb. Qəza nəticəsində E.Almazov ağır bədən xəsarətləri alıb.
Sərnişin, 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.