Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan əsgəri faciəvi şəkildə həlak oldu

2018-06/1529391559_10-57-57-1529390929_2.jpg

KRİMİNAL

4489

19.06.2018, 11:00

\"\" Dövlət Sərhəd Xidmətinin əsgəri Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində həlak olub.
Oxu24.com un \"Report\"a istinadən məlumatına görə, Göytəpə Sərhəd Dəstəsinin əsgəri, 1999-cu il təvəllüdlü Qusar rayon sakini Həmidov Ayaz Zabil oğlu bədbəxt hadisə nəticəsində vəfat edib.İlkin məlumata görə, əsgər xidməti vəzifəsini yerinə yetirən zaman atdan yıxılıb. Nəticədə o, ölüb.
Əsgərin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsində müayinə edilib.
Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.