Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2939
az

Şagirdlərini təbrik edən zaman öldü - Son zəng günü ölən müəllimlə bağlı AÇIQLAMA

22:5814 İyun, 2018
1824
KRİMİNAL
  • A
 "İlkin ehtimala görə, müəllimə Nüşabə Ələkbərova infarktdan dünyasını dəyişib. Əlində mikrofonla çıxış edən zaman həyəcanlanıb və qəfləti ölümün qurbanı olub. Onun ürəyində problemlər var idi".

Bunu İnterpress.az-a açıqlamasında Tovuz rayonu Köhnəqala kənd həkim məntəqəsinin baş həkimi Telman Cəfərov deyib. T.Cəfərov bildirib ki, hadisə səhər saatlarında Köhnəqala kənd tam orta məktəbin həyətində "Son zəng"lə əlaqədar məzunları təbrik edən zaman baş verib.

Kəndin həkim məntəqəsinin baş həkimi bildirib ki, məktəbin dil-ədəbiyyat müəlliməsi Nüşabə Ələkbərova elə mikrofon əlində olan zaman dünyasını dəyişib: "Hələ ki, müəllimənin ölümünün hansı səbəblərdən baş verdiyi məlum deyil. Buna qəfləti ölüm deyilir. Ola bilsin ki, infarktdan dünyasını dəyişsin. Əvvəllər sağlamlığında elə də ciddi problemi yox idi. Amma ürəyində problemi az da olsa var idi. Ola bilsin ki, mikrofon əlində olan zaman həyəcanlanıb və ürək fəaliyyətində problemlər yaranıb. İlkin diaqnoz qəfləti ölümdür. Həkimlər ora çatana qədər artıq o, dünyasını dəyişmişdi".

Qeyd edək ki, Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ
İki qardaşdan biri öldü, digəri yaralandı - Şamaxıda bıçaqlanma
Vardanyanın məhkəməsi başlayır

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu