Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2911
az

Qaranlıq sahəyə apardı və... -

11:0714 İyun, 2018
5465
KRİMİNAL
  • A
Qobustan rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü İsbat Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, İsbat Hümmətov 2014-cü ilin yanvarından 2015-ci ilin iyul ayınadək həqiqi hərbi xidmətdə olub. O, 2014-ci ilin sentyabr ayında həqiqi hərbi xidmətdən qısamüddətli məzuniyyətə buraxıldığı zaman Qobustan rayonundakı “Qırxbulaq” kafesində tanış olduğu Aygün Hüseynovanın və Nicat Cəbrayılovun onun ünvanına nalayiq söyüşlər söyməsini eşidib.

Kafedə əlbəyaxa dava

Məzuniyyət bitdikdən sonra İsbat Hümmətov xidmət yerinə qayıdıb, o, 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətdən tərxis olunub. O, tərxis olunandan sonra, 13 oktyabr 2015-ci il tarixdə, saat 20 radələrində Qobustan şəhərindəki “Padval” adlanan kafedə tanışları Zəfər Səfərov və Rövşən Əlverdiyev ilə çay içdiyi zaman təsadüfən həmin vaxt kafeyə gələn Nicat Cəbrayılovu görüb.
İsbat Hümmətov Nicat Cəbrayılovu oturduqları stola dəvət edib, onun ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşub. Nəticədə onların aralarında mübahisə baş verib və onlar əlbəyaxa olublar. Bu zaman Zəfər Səfərov və Rövşən Əlverdiyev onları sakitləşdirib.
Mesaj və vəd olunan görüş yeri
Bundan sonra Nicat Cəbrayılov kafeni tərk edib. Bir qədər sonra o, dostları Elvin Fərəcov və Nemət Atakişiyevlə birlikdə yenidən həmin kafeyə qayıdıb.
Aralarındakı münasibətlərə aydınlıq gətirmək məqsədilə mobil telefonla İsbat Hümmətova mesaj yazıb, başqa yerdə görüşmək barədə razılaşdıqdan sonra hər ikisi kafeni tərk edib.
Onlar həmin gün saat 23 radələrində birlikdə Qobustan rayonunun Dərəkənd kəndinə gedən yolun sol kənarındakı “Daşçıxan” adlanan əraziyə gedib, orada yenidən mübahisə edərək əlbəyaxa olublar.

Qanlı dava

İsbat Hümmətov əvvəlcədən yaşadığı evdən götürdüyü bıçaqla Nicat Cəbrayılova 11 dəfə xəsarət yetirib. Həmin vaxt Nicat Cəbrayılov onun əlindən çıxaraq qaranlıqda və dumanlı havada yaxınlıqdakı dərəyə qaçaraq gizlənib.
Sonra digər şəxslərin köməkliyi ilə Nicat Cəbrayılov Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən İsbat Hümmətovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.

“Nicatın Aygünlə münasibətinin olmasını öyrəndim”

Təqsirləndirilən şəxs qismində ifadə verən İsbat Hümmətov bildirib ki, 2014-ci ilin sentyabr ayında hərbi xidmətdən qısamüddətli məzuniyyətdə olarkən yaşadığı Qobustan şəhəri ərazisində yerləşən “Qırxbulaq” adlı kafedə işləyən Aygün Hüseynova ilə tanış olub, hərbi xidmətə geri qayıtdıqdan sonra isə mobil telefon vasitəsilə Aygünlə əlaqə saxlayıb: “Həmin ərəfədə Aygün Nicatın ünvanıma söyüş söyməsini bildirdi. Bu zaman Aygündən Nicatın hansı səbəbdən məni söyməsinin səbəbini soruşdum. Aygün də cavabında bunu bilmədiyini dedi. Həmin vaxt Nicatın Aygünlə münasibətinin olmasını öyrəndim. Bundan sonra Aygündən Nicatın mobil telefon nömrəsini aldım Zəng vuraraq hansı səbəbdən ünvanıma söyüş söyməsini soruşdum. Nicat da cavabında mənə “söymüşəm” deyə bildirdi. Bu səbəbdən Nicata “eybi yox, hərbi xidmətdən qayıdaram söhbət edərik” dedim”.

“Nicatla söhbət etmədim”

İsbat Hümmətovun sözlərinə görə, hərbi xidmətdən qayıtdıqdan sonra Nicata zəng vuraraq harada olmasını soruşub və görüş təklif edib: “Həmin vaxt Nicat Qobustan rayonu ərazisində yerləşən “Badamlıq” kafesinə gəlməyimi bildirdi. Bundan sonra “Badamlıq” kafesinə gedərək, Nicatın dostları ilə orada yeyib-içdiyini və içkili vəziyyətdə olduğunu gördüm. Bu səbəbdən Nicatla hansı səbəbdən ünvanıma söyüş söyməsi ilə bağlı heç bir söhbət etmədim”.

“Dedim ki, səbirli ol”

Təqsirləndirilən şəxs bildirib ki, oktyabrın 13-də, axşam saatlarında həmkəndlisi Zəfərlə birlikdə çay içmək üçün Qobustan şəhəri ərazisində yerləşən “Padval” adlanan kafeyə gedib: “Bir qədər sonra Nicatın da oraya gəldiyini görərək, onu oturduğumuz stola dəvət etdim. Ondan hansı səbəbdən ünvanıma söyüş söyməsini, yəni “sənin oğlanlığına soxum” deyə bildirməsini soruşdum. Nicat da cavabında mənə “sən mənim ünvanıma söymüsən, mən də sənin ünvanına söymüşəm” deyə bildirdi. Buna görə əsəbiləşərək yanımda olan boş şüşə butulkanı götürüb, Nicata “səni vuraram” dedim. Bundan sonra ayağa durub dalaşmaq istəyərkən yanımda olan Rövşənlə Zəfər imkan vermədi. Nicat kafedən çıxıb getdikdən sonra dəfələrlə mobil telefonuma “gəl görüşək” məzmunlu mesaj yazdı. Mən isə Nicata mesaj yazaraq “səbirli ol, söhbət edərik”, - deyə bildirdim. Sonra Nicat zəng edərək “kafedən bayıra çıx, söhbət edək”, - dedi. Bu səbəbdən sinif yoldaşım Əlidən avtomobilinin açarlarını aldım və evə gedərək gələcəyimi bildirdim, sonra kafedən çölə çıxdım”.

“Diri-baba” ziyarətgahına getdik”

İsbat Hümmətov qeyd edib ki, Əliyə məxsus olan “Niva” markalı avtomobilə, Nicat isə özünə məxsus “Mercedes Sprinter” markalı yük avtomobili ilə onun arxasınca gəlib: “Həmin vaxt Nicatın yanında tanımadığım şəxslər də olub. Əvvəlcə Qobustan şəhərinin yaxınlığında yerləşən “Diri-baba” ziyarətgahı istiqamətində gedərək avtomobili saxladım. Təxminən bir il əvvəl ünvanıma söyüş söyməsi ilə bağlı Nicatla bir qədər söhbət etdik. Bu zaman yaxınlıqda adamların olduğunu görərək Dərəkənd kəndinə gedilən yolun üstündə yerləşən “Daşçıxan” adlı əraziyə gedib, orada söhbət etmək qərarına gəldik”.

“Axtarsaq da, tapa bilmədik”

İsbat Hümmətovun sözlərinə görə, bundan sonra avtomobilə əyləşərək həmin əraziyə gediblər: “Oraya çatdıqdan sonra avtomobildən düşərək Nicata yaxınlaşdım. Bu zaman Nicat mənə yumruq atdı, sonra isə boğazımdan tutaraq məni yerə yıxdı. Ona məni buraxmasını desəm də, Nicat məni buraxmadı. Boğulduğumu görərək bağda iş görərkən lazım olduğundan üzərimdə saxladığım bıçaqla Nicatın sol tərəfindən yüngül formada təxminən üç dəfə vurdum. Bu zaman Nicat məni buraxaraq ayağa qalxdı. Nicata “niyə məni məcbur etdin ki, səni vurum”, - deyə bildirdim. Bundan sonra Nicat üzü dərəyə tərəf qaçmağa başladı. Həmin vaxt dərhal ayağa qalxıb bıçağı əlimdən yerə ataraq kömək etmək üçün Nicatın arxasınca getdim. Lakin nə qədər çağırsam da, Nicat dayanmadı. Hava dumanlı olduğundan isə Nicatı tapa bilmədim. Zəng vurub bu barədə atam İlqara məlumat verdim. Sonra Qobustan şəhərinə qayıtdım. Məscidin yaxınlığında avtomobili Əliyə verərək Nicatı bıçaqla vurduğumu bildirdim. Mənim təklifimlə Əli ilə birlikdə geri qayıtdıq, Nicatı axtarsaq da, tapa bilmədik. Həmin vaxt ata oraya gəldi, sonradan isə Nicatın xəstəxanada olduğunu eşitdim”.
İsbat Hümmətovun sözlərinə görə, oktyabrın 14-də atası ilə birlikdə polis şöbəsinə gedib, orada törətdiyi cinayəti etiraf edib.
“Dedi ki, özüm gələcəm, söhbət edərik”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nicat Cəbrayılov bildirib ki, İsbat Hümmətovla hadisədən təxminən bir il əvvəl Qobustan şəhəri ərazisində yerləşən “Qırxbulaq” adlanan kafedə tanış olub: “Həmin kafedə işləyən Aygünlə İsbatın əlaqəsi olub. İsbat hərbi xidmətdə olduğu müddət ərzində mütəmadi olaraq Aygünlə telefon əlaqəsi saxlayıb. Aygün İsbatın səsini telefona yazaraq mənə göstərdi. İsbat telefonda Aygünə “Nicatla görüşmə, o cındırdı, atasının puluna güvənir”, - deyə bildirib. İsbat ünvanıma nalayiq söyüşlər söyüb. Bu zaman Aygündən İsbatın telefon nömrəsini alaraq, ona zəng etdim, onun ünvanına söyüş söyməsinin səbəbini soruşdum. İsbat da cavabında mənə “özüm gələcəm, söhbət edərik”, - dedi”.

“Dedi ki, mən sənə yaxşı oğlan gözü ilə baxmıram”

Nicat Cəbrayılovun sözlərinə görə, İsbat hərbi xidmətdən tərxis olunduqdan sonra 2015-ci ilin sentyabr ayında onun mobil telefonuna zəng edərək, çöldə darvazanın qarşısında olduğunu, onunla görüşmək istədiyini bildirib: “Həmin vaxt çölə çıxaraq İsbatı gördüm. Sonra İsbatla görüşmək üçün Qobustan şəhərinin girəcəyində olan qəbiristanlığa tərəf getdik. Oraya çatdıqda İsbat idarə etdiyim avtomobilin qabaq oturacağına əyləşdi. Bu zaman İsbatdan məni nəyə görə çağırdığını soruşdum. Həmin vaxt İsbat “hansı səbəbdən sən mənim ünvanıma nalayiq söyüş söymüsən”, - deyə bildirdi. İsbata dedim ki, bəs sən məni niyə söymüsən: İsbat isə “mən səni düz söymüşəm, çünki hamı sənin pulundan istifadə edir, mən sənə yaxşı oğlan gözü ilə baxmıram”, - deyə bildirdi. Bundan sonra İsbata “səni söyməyim yadımda deyil, amma söymüşəmsə yaxşı eləmişəm”, - deyə qeyd etdim. Həmin vaxt atam Ədalət zəng edərək, məni evə çağırdı. Bu zaman İsbat avtomobildən yerə düşərkən mənə “sənə peysər gözü ilə baxıram”, - dedi. Bundan sonra evə getdim”.
Nicat Cəbrayılov daha sonra ifadəsində digər günlərdə aralarında baş verən münaqişəli davalardan, həmçinin İsbat Hümmətov tərəfindən bıçaqlanmasından danışıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışıdığını, onu bağışladığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsbat Hümmətov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İsbat Hümmətov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin olunmasını istəyib.
İsbat Hümmətovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, İsbat Hümmətovun şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə İsbat Hümmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsini həmin məcəllənin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif olunub. Onun cəzası 3 ilə endirilib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu
Qaxda yol qəzası: xəsarət alan var

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi