aqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.
Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib. Oxu24.com
ŞƏRHLƏR