Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə ağır qəza - VİDEO

Kürdəmirdə ağır qəza - VİDEO

KRİMİNAL

1103

16.02.2020, 21:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com“report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda gedən 1996-cı il təvəllüdlü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb.

Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.