28 yaşlı oğlanın yardımçı tikilidə meyiti tapıldı
24 Aprel 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
872
15.02.2020, 20:30
Şabran rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Vilayət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Vilayət Məmmədovun Şabran şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Çinar” şadlıq sarayında ofisiant qismində iştirak etdiyi nişan məclisindən sonra sarayın həyətində həmin məclisdə qonaq olmuş Ramin Dəmirovla mübahisəsi düşüb.
Sərxoş olan hər iki şəxsin mübahisəsi sonda əlbəyaxa davaya çevrilib. Dava zamanı Vilayət Məmmədov Ramin Dəmirovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Vilayət Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin oxuyun
Hökmdən narazı qalan Vilayət Məmmədov apelyasiya şikayəti verib. Törətdiyi cinayəti etiraf edən Vilayət Məmmədov əməlindən peşman olduğunu deyib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
Vilayət Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə Vilayət Məmmədovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasını 3 ilə qədər endirib.
Bu qərardan narazı qalan Vilayət Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb.
Məhkəmə Vilayət Məmmədovun kasasiya şikayətini təmin etməyib.
23:21 / 24 Aprel 2026
14
22:43 / 24 Aprel 2026
180
22:31 / 24 Aprel 2026
42
22:31 / 24 Aprel 2026
53
22:29 / 24 Aprel 2026
44
22:21 / 24 Aprel 2026
50
22:20 / 24 Aprel 2026
53
22:15 / 24 Aprel 2026
1168
22:13 / 24 Aprel 2026
40
22:10 / 24 Aprel 2026
343
22:07 / 24 Aprel 2026
46
22:03 / 24 Aprel 2026
107
22:00 / 24 Aprel 2026
82
21:56 / 24 Aprel 2026
49
21:44 / 24 Aprel 2026
135
21:10 / 24 Aprel 2026
103
20:55 / 24 Aprel 2026
77
20:49 / 24 Aprel 2026
83
20:29 / 24 Aprel 2026
107
20:08 / 24 Aprel 2026
97
19:52 / 24 Aprel 2026
69
19:37 / 24 Aprel 2026
80
19:29 / 24 Aprel 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.