Qaynar xətt:

(+99450) 247 90 86

70 yaşlı qadın evində ölü tapılıb

70 yaşlı qadın evində ölü tapılıb

KRİMİNAL

520

06.02.2020, 16:53

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə Oxu24.com-a  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.