Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda hündürmərtəbəli binada YANĞIN - Uşaq xilas edildi - FOTO

2020/02/06/1580967266_1575878540_yangin-94.jpg

KRİMİNAL

374

06.02.2020, 09:34

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Oxu24.com   APA-ya istinadla xəbər verir ki, hadisə Babək prospektində yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində qeydə alınıb.

Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.

Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb.

Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.