SON DƏQİQƏ! Bu şəxslər xaricdən tutulub Azərbaycana gətirildi
23 Aprel 2026, 10:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2379
05.02.2020, 17:21
Tovuzun Dondar Quşçu kəndində oğurlanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib. Bildirib ki, yayılan səs yazısından dünən xəbər tutub. Səs yazısında barəsində bəhs edilən şəxs Altay Ələkbərov ötən gün axşamdan polis əməkdaşları tərəfindən saxlanılıb.
"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur. Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram. Altayın atası Famil müəllim mənim oğlumun müəllimi olub, İlkinin atası kimi sakit adamdır. Bu söhbət yayılandan sonra dünən axşamdan Altay Ələkbərovu da tutub aparıblar".
Nənəsi deyir ki, Altay Ələkbərovun yeznəsi Fikrət adlı şəxs, həqiqətən, polis mayorudur:
"Fikrəti də tanıyıram, polisdə işləyir, bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. O gün dedilər ki, onu da işdən çıxarıblar. Bilmir özü çıxıb yoxsa işdən çıxarıblar".
Kənd camaatının A. Ələkbərovdan qorxması və hadisə barədə məlumatlı olsalar da, indiyə kimi susmaları ilə bağlı deyilənlərə gəlincə isə, M. İsmayılova əvvəldən bu barədə bilmədiyini və heç kimdən qorxmadığını deyib:
Həmçinin oxuyun
“Altayın nəyindən qorxacağam, mənim uşağımın qatili tapılsın. Arxası güclüdür özü üçündür, buna görə mənim balamı öldürməlidirlərmi? Hökumətin əlindədir, canını alsınlar özü deyəcək...”
M. İsmayılova həmçinin deyib ki, Nərminin dərdindən səhər evdən çıxır və bir də axşam qayıdır ki, fikri dağılsın: “O mələkdir, Allah eləsin, onun əsl qatili tutulsun”.
M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını bildirib:
"Hamı bilir ki, Nərmini kim öldürüb, hər şeyi bilirlər, polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".
A. Ələkbərovun atası Famil Ələkbərov virtualaz.org-a zəng edərək bildirib ki, ailədən kimisə narahat etməsinlər:
“Bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.
Virtualaz.org hadisə ilə bağlı A. Ələkbərovun atası Famil Ələkbərovla əlaqə saxlamağa çalışıb. Özünü təqdim etməyən şəxs redaksiyamıza zəng edərək bildirib ki, ailəni bu məsələ ilə bağlı narahat etməsinlər: “Bir səfeh bir xəbər yayıb. Buna görə bizi axtarmayın, bu məsələ ilə bağlı narahat etməyin”.
10:40 / 23 Aprel 2026
10
10:37 / 23 Aprel 2026
23
10:31 / 23 Aprel 2026
32
10:30 / 23 Aprel 2026
38
10:23 / 23 Aprel 2026
33
10:22 / 23 Aprel 2026
31
10:22 / 23 Aprel 2026
26
10:17 / 23 Aprel 2026
31
10:12 / 23 Aprel 2026
42
10:01 / 23 Aprel 2026
572
09:57 / 23 Aprel 2026
41
09:54 / 23 Aprel 2026
35
09:52 / 23 Aprel 2026
28
09:18 / 23 Aprel 2026
54
09:09 / 23 Aprel 2026
40
01:42 / 23 Aprel 2026
143
00:10 / 23 Aprel 2026
211
23:46 / 22 Aprel 2026
352
23:35 / 22 Aprel 2026
217
23:24 / 22 Aprel 2026
256
23:18 / 22 Aprel 2026
2497
23:16 / 22 Aprel 2026
791
23:04 / 22 Aprel 2026
421
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.