Bakıda gəlinini döyən qayınataya cinayət işi açıldı
21 Noyabr 2026, 00:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1587
05.02.2020, 15:07
Bakıda baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Oxu24.com xəbər verir ki, Bakıda,Bakıxanov küçəsi 50 ünvanında evdən qadının üzərində zoraılıq əlaməti olan meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən qadın Natəvan Əliyvadır. Onun qarət məqsədi ilə öldürüldüyü ehtimal olunub.
İstintaq materiallarından məlum olur ki, Natəvan Əliyeva sığorta şirkətlərinin birində işləyib. Qadın qeyd olunan evdə tək yaşayırmış.
Evə gələn usta qadını izləyib və dəhşətli qətli törədib...
İstintaq əməliyyat tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Tərlan Tahirov saxlanılıb. O, ilkin ifadəsində qadını qətlə yetirdiyini etiraf edib.
Məlum olub ki, Tərlan Tahirov mebel sexində satıcı işləyirmiş. Bir müddət öncə Natəvanın mənzilində mebel quraşdırıb. Həmin vaxt görüb ki, Natəvan imkanlı qadına oxşayır.
Natəvan həmin mebel mağazasından evinə mebel sifariş verib. Usta mebelin bir hissəsini gətirib quraşdırsa da, bəzi hissələri gətirməyib. Səhərsi gün usta kimi evə gələn Tərlan mebelin bəzi hissələrini ölçmək adı ilə mənzilə girib.
Əvvəlcədən özü ilə gətirdiyi bıçağı çıxaraq cibində gizlədib.
Evə girən usta qadına metrə gətirməyi deyib. Metrə gətirməyə gedən qadının arxasınca otağa girən Tərlan bıçaqla onu hədələyərək pul tələb edib. Qadın qorxusundan qışqırmağa başladığı üçün onu bıçaqla vurub. Daha sonra qadının səsini batırmaq üçün onu boğaraq öldürüb. Qadını öldürdükdən sonra evdən 450 manat dəyərində əşyaları götürərək evdən qaçıb.
Natəvanın telefon zənglərinə cavab vermədiyini görən bacısı və bacısı əri onun evinə gəlib. Evin qapısı bağlı olduğundan onlar kran vasitəsi ilə mənzilə giriblər. Mənzilə girən zaman qadının üzü aşağı, qan içərisində uzandığını görüblər.
Dərhal polisə məlumat veriblər.
Qətlin görüntüsü və ətraflı videonu təqdim edirik:
Hazırladı: Nuran Seyidli
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.