Bakıda əməliyyat keçirildi: saxlanılanlar var
22 Aprel 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
33679
05.02.2020, 13:43
Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı “youtube”da səs yazısı yayılıb.
Oxu24.com -un xəbərinə görə, səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsız olduğunu qeyd edib.
Həmin şəxs iddia edir ki, N.Quliyevanı onun həmkəndlisi M.M. (məlumat təsdiqini tapmadığı üçün ad, soy adı şərtidir) öldürüb.
Onun iddiasına görə, M.M.-in qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır:
“Həmin şəxs Nərmin Quliyevanın qonşusudur. Bunu kənddə hər kəs bilir. Onun “VAZ-2107” markalı avtomobili var. İlkin Süleymanovu yalandan həbs ediblər, o, günahsızdır”.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, həmin audioyazı artıq istintaq-əməliyyat qrupuna təqdim edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb.
Rəsmi məlumata görə, yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
01:42 / 23 Aprel 2026
128
00:10 / 23 Aprel 2026
187
23:46 / 22 Aprel 2026
281
23:35 / 22 Aprel 2026
187
23:24 / 22 Aprel 2026
227
23:18 / 22 Aprel 2026
2337
23:16 / 22 Aprel 2026
675
23:04 / 22 Aprel 2026
354
22:50 / 22 Aprel 2026
107
22:40 / 22 Aprel 2026
72
22:30 / 22 Aprel 2026
98
22:29 / 22 Aprel 2026
64
22:28 / 22 Aprel 2026
76
22:14 / 22 Aprel 2026
216
22:08 / 22 Aprel 2026
66
22:06 / 22 Aprel 2026
73
22:04 / 22 Aprel 2026
268
22:00 / 22 Aprel 2026
70
21:57 / 22 Aprel 2026
599
21:51 / 22 Aprel 2026
126
21:48 / 22 Aprel 2026
1853
21:45 / 22 Aprel 2026
121
21:44 / 22 Aprel 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.