Bakıda əməliyyat keçirildi: saxlanılanlar var
22 Aprel 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1157
03.02.2020, 20:16
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda 14 yaşlı yeniyetmənin transformatorda meyitinin tapılması ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumatda bildirilir ki, fevralın 1-də itkin düşmüş Qusar rayonu Bədirqala kənd sakini, 2006-cı il təvəllüdlü Əmrah Əmrahovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-ü saat 16 radələrində yaşadığı evdən təxminən 1 km kənarda fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkar edilib.
"Prokurorluq və polis əməkdaşları dərhal hadisə yeri və meyitə “Azərişıq” ASC-nin səlahiyyətli nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirib. İlkin məlumata görə, mərhumun ölümünə səbəb elektrik cərəyanı vurması olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Həmçinin oxuyun

00:10 / 23 Aprel 2026
103
23:46 / 22 Aprel 2026
166
23:35 / 22 Aprel 2026
62
23:24 / 22 Aprel 2026
171
23:18 / 22 Aprel 2026
2173
23:16 / 22 Aprel 2026
249
23:04 / 22 Aprel 2026
262
22:50 / 22 Aprel 2026
80
22:40 / 22 Aprel 2026
54
22:30 / 22 Aprel 2026
79
22:29 / 22 Aprel 2026
51
22:28 / 22 Aprel 2026
59
22:14 / 22 Aprel 2026
151
22:08 / 22 Aprel 2026
52
22:06 / 22 Aprel 2026
60
22:04 / 22 Aprel 2026
163
22:00 / 22 Aprel 2026
51
21:57 / 22 Aprel 2026
528
21:51 / 22 Aprel 2026
97
21:48 / 22 Aprel 2026
1318
21:45 / 22 Aprel 2026
89
21:44 / 22 Aprel 2026
124
21:43 / 22 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.