Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda orta məktəbdə ŞOK! Şagird döyülüb öldürüldü +VİDEO

Bakıda orta məktəbdə ŞOK! Şagird döyülüb öldürüldü +VİDEO

KRİMİNAL

4019

03.02.2020, 15:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı şok  təfərrüat  məlum olub.

Hadisə  keçən il  baş   verməsinə  baxmayaraq   yeni  detallar məlum  olub.

Oxu24.com  xəbər  verir  ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu  sinif  yoldaşı  ilə  dava  edərkən  ciyərləri  dağılıb.

Şagirdin atası Amil  Xəlilin  təqdimatında   Space TV-də yayımlanan  Gəl dərdini danış  verilişində  ilkin  olaraq  oğlunun  döyülməsinin  məktəb  direktoru  tərəfindən  gizlədiliyini   bildirib. O, bildirib  ki, oğlu  məktəb  şagirdi  tərəfindən  vurulub zədələndiyi  halda, onun   yalandan  futbol  oyunu  zamanı  yıxıldığını  bildiriblər.

İlkin 23  gün  komada  qaldıqdan  sonra   dünyasını   dəyişib.

Sonradan  vəfat  edən  şəxslərin  qohumlarının  araşdırmasından  məlum  olub  ki,  orta məktəb şagirdi 3 nəfər tərəfindən  döyülüb  öldürülüb.

Hadisənin təfərrüatı  da məlum olub. Hadisə günü  şagirdlər arasında  söyüş  üstündə  kütləvi dava düşüb. Əvvəlcə  Əsgərli  Kənan  adlı   şəxs   İlkinə  hücum  edib  və  onu  döyüb.Şəfiyev  Ülvi  adlı  şəxs  İlkini  yerə  yıxaraq  döyüb. Daha  sonra Məmmədvəli Elşən adlı  şagird  İlkini  yerə  yıxaraq  döyməyə  başlayıb. Şagird  aldığı  zədələrdən  sonra  komaya  düşüb. Görüntülər uzun müddət  gizlədilsə də,  jurnalist  Amil Xəlil  onları əldə edib  və  ilk dəfə  efirdə  yayımlayıb.

 

Hadisə ilə  bağlı  ətraflı  təfərrüatı  və  videonu  təqdim  edirik: